Foto: AZERTAC
Əksəriyyəti niyyət statusu daşıyan 12 dövlətlərarası sazişin imzalanması da buna dəlalət edir. Onlar arasında Tacikistana yatırımları, Azərbaycandan neft koksu, giltorpağın ixracı və Tacikistan alümininin Avropaya tranziti əhəmiyyətlidir.
Hələ 2017-ci ilin noyabrında Bakıda keçirilən danışıqlar zamanı TALKO alümin şirkətlərinin əməkdaşlığı haqqında sazişlər imzalanıb. Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərbaycan Dəmir Yolları"nın rəhbəri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin rəhbəri Rauf Vəliyev, DET-Aİ alümin zavodunun baş direktoru Sərxan Babayev və SOCAR neft-qaz şirkətinin vitse-prezidenti Davud Məmmədovla danışıqlar zamanı tərəflər qarşılıqlı fəaliyyətin hazırki vəziyyətini müzakirə ediblər, habelə yeni əməkdaşlıq sahələri tapıblar. Belə ki, TALKO alümin şirkətlərinin nümayəndələri DET-Aİ ilə Tacikistana neft koksunun ixracı haqqında saziş imzalayıblar. 2017-ci ilin dekabrından Azərbaycan TALKO-nun ehtiyacları üçün 3-7 min ton koks göndərmək öhdəliyi götürüb, Tacikistan isə öz növbəsində Azərbaycan müəssisələrini anod, kriolit, flüorit və ikinci dərəcə alüminlə təchiz etmək öhdəliyi götürüb.
Həmçinin, Azərbaycanın fəaliyyətsiz qalan Gəncə giltorpaq kombinatının toplinq əsasında (xarici xammalın emalı və sonradan hazır məhsulun ixracı) 2018-ci ildə TALKO tərəfindən beynəlxalq investisiyaların cəlb edilməsi və sonradan giltorpağın Tacikistanda alümin istehsalı üçün qarşılıqlı sərfəli şərtlərlə ixrac edilməsi yolu ilə yenidən işə salınması haqqında razılıq əldə olunub.
Bu istiqamətdə fəallıq hələ 2007-ci ildə müşahidə olunub. Həmin il əvvəlcə martın 15-16-da prezident İlham Əliyev Tacikistana səfər edib və tezliklə, avqustun 13-14-də Emoməli Rəhmon cavab səfərinə gəlib.
Həmin vaxt tərəflər artıq Azərbaycan və Tacikistan üçün hər bir ölkənin resurs xüsusiyyətlərinin səmərəli uyğunluğu əsasında qarşılıqlı səmərəli ikitərəfli əməkdaşlığın konturlarını (perspektivlərini) çizməyə çalışıblar. Azərbaycanın neft dollarları axını daim artır, bundan başqa, Şərq-Qərb istiqamətində kommunikasiya və boru kəməri imkanları intensiv olaraq genişlənir, həmçinin təbii resursların mənimsənilməsində böyük təcrübə və kadr potensialı var. Tacikistan əhəmiyyətli su resurslarına, potensial olaraq isə həm də enerji resurslarına malikdir, bundan başqa, böyük rəngli metal ehtiyatları var. Amma bütün bunlara baxmayaraq, ölkə hələlik enerji təhlükəsizliyi nöqteyi-nəzərdən zəifdir və güclənməsinə kəski ehtiyac duyur. Tədricən Azərbaycan investisiyaları (barter deyil, komplementar) və Tacikistan resursları düsturu üzrə bütün mümkün qarşılıqlı səmərəli iqtisadi layihələrin cəlb edilməsi üçün, demək olar ki, "zəruri resurs şəraitinin ideal uyğunluğu" aşkar edilib.
Amma bütün cəhdlərə, o cümlədən Rəhmonun Azərbaycana 11-13 iyul 2012-ci il tarixli son səfərinə baxmayaraq, maraqların həyata keçirilməsi lazımi şəkildə inkişafını tapmadı. 2017-ci il üçün ticarət dövriyyəsi 2 mln. dollar təşkil edib, bu ilin birinci yarısında bir qədər canlanaraq, 2,4 mln. dollara çatıb.
Bu ikitərəfli dialoqda yenə də əsas investisiya potensialı Azərbaycanın sərəncamındadır. Gələcəkdə Əliyevin Tacikistan iqtisadiyyatına əvvəllər bəhs edilən və 2015-ci il iqtisadi böhranı ilə əlaqədar həyata keçirilməsi mümkün olmayan investisiyalar haqqında qərarı qəbul edəcəyini gözləmək olar. Son zamanlar neft qiymətlərinin artması Azərbaycanın investisiya potensialının artırılmasına şərait yaradır və hazırki şəraitdə Rəhmonun cəzbedici təklifləri şəraitində prezident Əliyev investisiya ekspansiyası haqqında qərar qəbul edə bilər. Əliyevin yaxın gələcəkdə Tacikistana invstisiya məsələlərinin, o cümlədən kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı məsələlərin araşdırılması üzrə konkret missiya göndəriləcəyi haqqında bəyanatı bunun xeyrinə bir göstəricidir.
Yaxın xarici istiqamətlər
Tacikistan və Azərbaycanı müstəqil xarici siyasi kursun maksimum şəkildə həyata keçirilməsi və təsir mərkəzlərindən asılı olmamaq kursu yaxınlaşdırır. Hər iki ölkə daim Rusiyanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) dəvətini dəyərləndirir, həmçinin tələsmədən Qərbin Avropa orbitasına daxil olmaq dəvətinə baxır.
Bakı və Düşənbə bütün yüksək səviyyəli görüşlərdə təkcə iki ölkənin deyil, keçmiş İttifaqdan region qonşularının ərazi bütövlüyü prinsipini dəstəkləmək fürsətini əldən vermir. Bu xətt hazırki səfər zamanı ifadə olunub, Rəhmon Qarabağ münaqişəsinin və digər Cənubi Qafqaz münaqişələrinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin mütləq olduğunu bildirib.
"Mövcud fikir ayrılıqlarının və münaqişələrin hamı tərəfindən qəbul edilmiş beynəlxalq norma və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsiplərinə möhkəm sadiqliyimizi bildiririk. Siyasi-diplomatik dialoqun Dağlıq Qarabağ kimi mürəkkəb problemin ən konstruktiv həlli yolu olduğuna inanırıq", deyə o bildirib.
Öz növbəsində, Azərbaycan "Sabit inkişaf üçün su, 2018-2028-ci illər" beynəlxalq fəaliyyət onilliyi üzrə yüksək səviyyəli Beynəlxalq Konfransın sabit su inkişafı ilə bağlı qətnaməsini dəstəkləyib. Konfrans bu ilin iyununda Düşənbədə keçirilib. Su problemi Mərkəzi Asiyanın ən kəskin problemlərindən biridir və regionda sabitliyi pozan bəlkə də ən mühüm amildir.
Səfərdə daha bir maraq sahəsi kimi təhlükəsizlik sahəsi: beynəlxalq terrorizmə, ekstremizmə, radikal dini ideologiyaya, qanunsuz narkotik ticarətinə, transmilli mütəşəkkil cinayətkarlığa və digər təhdid və çağırışlara qarşı mübarizə sahəsi müəyyən edilib.
Prezidentlər təkcə təkbətək görüş çərçivəsində deyil, geniş tərkibli görüşdə də bunu açıq şəkildə bildiriblər.
Rəy yaz