Foto: azertag.az
Sürətləndirilmiş rejimdə seçkiqabağı nitq
Aprelin 11-də vaxtından əvvəl prezident seçkilərinə gedən 57 yaşlı Əliyev son il yarım ərzində bu tarixi yaxınlaşdırmaq üçün hər şey edib. Konstitusiyaya dəyişikliklər üzrə ildırım sürətli 2016 referendumu, islahatların yol xəritələrinin qəbulu, dövlətlərlə münasibətlərdə çoxgedişli kombinasiyalar iqtisadi böhranın qamçıladığı prosesin canlandığını göstərirdi.
Qurultaydan əvvəl onun çıxışını müəyyən mənada seçkiqabağı nitq kimi qiymətləndirmək olar. Bu nitq onun əvvəlki illərdəki çıxışlarından çox az fərqlənirdi və bu, çox güman ki, onun davamlılıq xəttinə sadiqliyi ilə əlaqədar idi, burada tarixi keçmiş onun üçün böyük əhımiyyət kəsb edir.
Prezident öz idarəetməsini ölkə üçün xilasedici hesab etdiyi Heydər Əliyev siyasətinin özünü layiqincə sübuta yetirmiş davamı adlandırıb.
Bu davamlılıqda İ.Əliyev ilk yeri sabitliyə və müstəqil siyasətə ayırır. O, bu siyasətin başlanğıcını atasının hakimiyyətə gəldiyi 1993-cü ildən götürür. "Sabitlik istənilən inkişafın əsasıdır", deyən Əliyev əlavə edib ki, regional böhranlar və müharibələr şəraitində o, ölkəni bu təzahürlərdən qorumağa müvəffəq olub və bu siyasət gələcəkdə də prioritet olacaq.
Onun fikrincə, bu, son iki ildə fəallaşan, qarşısıalınmaz hesab etdiyi islahatların davam etdirilməsi üçün şərait yaradacaq.
Əliyevin qurultaydakı çıxışında əvvəlki çoxsaylı nitqlərində yer almayan iki amili yenilik adlandırmaq olar: növbəti siyasi mərhələnin mərkəzində insan amilinə diqqət, habelə iqtisadi və siyasi islahatların paralel həyata keçirilməsi olacaq.
Xarici siyasət sahəsində çoxistiqamətliliyə sadiqlik qalmaqdadır, buraya din, əxlaq, millətlərarası münasibətlər sahələrini əhatə edən çoxmədəniyyətlilik ideologiyası əsasında Avropa və islam istiqamətində gələcək inteqrasiya daxildir.
Seçkiqabağı kampaniyanın mühüm elementi olan Qarabağ münaqişəsi məsələsində məsələnin qeyd-şərtsiz ərazi bütövlüyü çərçivəsində həlli xətti müzakirə olunmayacaq prioritet olaraq qalır.
"Bizim mövqeyimiz prioritetdir, xüsusən hazırki şəraitdə", deyə o, beynəlxalq regional siyasi-iqtisadi layihələrdə Azərbaycanın rolunun əhəmiyyətinə işarə edib.
Əliyev həmçinin qarşıda duran yeddi ilin prioritet layihələri çərçivəsində səthi olaraq ictimai xidmətlərin inkişafını, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizəni, ədalətin təsdiq edilməsini, inkişaf sürətinin dinamikasının artırılmasını qeyd edib.
Keçmişdə bu cür çıxışların təcrübəsindən irəli gələrək, səslənən məqsəd və vəzifələrin nə dərəcədə real olduğunu demək çətindir. Amma sosial-iqtisadi böhran vəziyyəti və son bir ildə müxtəlif növ layihələrin qəbul edilməsi intensivliyi (onların elementləri qismən reallığa çevrilir) onu göstərir ki, az da olsa, dəyişiklik gözləmək olar.
-
- Sual-cavab
- 8 Fevral 2018 18:21
-
- İqtisadiyyat
- 8 Fevral 2018 19:33
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz