Tehran üçlüyü

İran və Rusiyanın maraqları heç də həmişə bu regionda aparıcı oyunçu olan ABŞ-ın maraqlarına uyğun olmur və bir çox hallarda Amerika ekspansiyası qarşısında sipər qurmağa, habelə Moskva və Tehranın Şərq mövzusunda mövqelərini tarazlaşdırmağa kömək edir.

2016-cı ilin avqustunda Bakı sammitində üçlük yekun bəyannamədə regional əməkdaşlığın aşağıdakı istiqamətlərini müəyyən edib:

- dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi,

- regional münaqişələrin həlli,

- terrorizmə, ekstremizmə, transmilli cinayətkarlığa qarşı mübarizə,

- iqtisadiyyat, energetika, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes sahəsində əməkdaşlığın inkişafı,

- "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı layihələrinə dəstək,

- Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanmasının ən qısa zamanda yekunlaşdırılması.

Ötən il qeyd edilən prioritetlər üzrə əməkdaşlığın müxtəlif sürətlərlə, amma ardıcıl inkişafını göstərdi. Ən yaxşı vəziyyət Suriya və İraq nizamlanması ilə bağlı qarşılıqlı fəaliyyət sahəsindədir, burada İslam Dövlətinin gücünün və təsirinin xeyli zəifləməsi, habelə kürdlərin İraq Kürdüstanının müstəqilliyi iddiaları ilə bağlı İraqın ərazi bütövlüyünün təmin edilməsi qeydə alınıb.

İran və Rusiya bu müddət ərzində bu ölkələrdə öz iştiraklarını və nüfuzlarını artırmağa müvəffəq olub, ABŞ və Türkiyə ilə birlikdə vəziyyətin sabitləşməsinə yardım edib. Bu vəziyyət Suriya və İraqdakı rejimlərlə məxfi münasibətləri olan və bu ölkələrdə hər-hansı dövlətin üstünlüyü olmadan sabitliyin qorunub saxlanılmasında maraqlı olan Azərbaycanı tamamilə qane edir.

Gündəlikdə, xüsusən İran və Rusiya prezidentlərinin gündəliyində böhranların mühüm yer tutduğunu Rusiya nümayəndə heyətinin tərkibində Baş Qərargah rəisi Valeri Gerasimovun iştirakı sübut edir. O, sammit çərçivəsində İranın ali hərbi rəhbərliyi ilə Suriya və İraqda qarşılıqlı fəaliyyətlə bağlı məsləhətləşmələr aparıb.

Gündəliyin iki mühüm məsələsi: Şimal-Cənub dəmir yolunun tikintisi, Xəzərin hüquqi statusunun tənzimlənməsi məsələləri bu layihələrin həllinin sürətləndirilməsi haqqında birgə bəyanat şəklində növbəti siyasi dəstəyi alıb. Layihələrin həyata keçirilməsini sürətləndirməyə çağıran Bakı sammitindən sonra, göründüyü qədər, az şey dəyişib. Bu, tərəflərin qarşıların prosesin sürətləndirilməsi vəzifəsi qoymadıqlarını, daha çox eyni sürətlə davam etməkdə maraqlı olduqlarını göstərir.

İqtisadi əməkdaşlıq və kooperasiyalar nöqteyi-nəzərdən prezidentlər sammitin bütün iştirakçıları arasında ikitərəfli formatda ticarət dövriyyəsinin artdığını qeyd etsələr də, görüşdə konkret layihələr təsdiq edilməyib. Vəziyyət, əvvəllər də olduğu kimi, "niyyət haqqında" danışıqlar formatı çərçivəsində inkişaf edir. Məsələn, Rusiya tərəfindən İranın cənubundan Hindistana qədər qaz nəqli, habelə Azərbaycan vasitəsilə Rusiya qazının İrana nəqli kimi.

İranın dini lider ayətullah Xamneyinin şəxsində prezident Trampın ağzından İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmaq və Tehrana qarşı növbəti sanksiyaları tətbiq etməklə hədələyən ABŞ təzyiqinə qarşı müqavimət oxu formalaşdırmaq cəhdləri prezident Əliyevin və Putinin lazımi dəstəyini almayıb. Hər bir ölkə öz-özlüyündə ABŞ-ın iradları və növbəti sanksiya təhdidləri ilə üz-üzədir və Ön Asiya regionunda qeyri-müəyyən şəkildə qurulan Azərbaycan, İran və Rusiya kooperasiyasına mane ola biləcək əlavə problemlər yaratmaqda maraqlı deyillər.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti