(Trampın) Dünyanı sarsıdan 10 gün(ü)

Donald Trampın ABŞ prezidenti vəzifəsində olduğu ilk on gün ölkənin idarə olunacağı dörd illik zaman kəsiyində heç nədir, amma bu on gün nümayişkaranə prezident çıxışları və müvafiq beynəlxalq reaksiyalarla o qədər zəngin keçib ki, Trampın əbədi hakimiyyətdə olması təəssüratı yaranır.

Dünya siyasətçilərinin və KİV- in Tramp ətrafında qaynaşması əsasən onun hər bir qərarı, bəyanatı üzərində cəmlənirdi, belə ki, onun hərəkətləri əvvəlki həmkarlarının ənənəvi olaraq hakimiyyətə səlis şəkildə başlaması ilə heç cür uyğunlaşmırdı. Tramp qlobal siyasətə sürətlə və amansız girdi, öz liderliyini göstərməyə və ölkəsini dünyada təsdiq etməyə çalışdı. Onun hərəkətləri və davranışları Turan agentliyi tərəfindən proqnozlaşdırılmışdı və onu əxlaqsız milyarder emosiyalarının idarə etdiyini düşünmək yanlış olardı. Onun xaricən artistyana bəyanatları və nümayişkaranə amansız lider davranışları sadəcə 2015-ci ildə təsdiq olunmuş Amerikanın yeni liderlik konsepsiyasının sinxron əksidir.

14 noyabr 2016-cı il tarixli "Tramp və ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası" adlı məqalədə Amerikanın yeni prezidentinin idarəçiliyinin necə olacağı barədə suala cavab olaraq Turan agentliyi qeyd edib ki, o, ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasını rəhbər tutacaq və onun təcəssümü olacaq. Agentlik qeyd edirdi ki, "2015-ci ilin fevralında iki il gecikmə ilə qəbul edilmiş Strategiya onun, eləcə də Birləşmiş Ştatların bütün institutlarının fəaliyyətinin və qərarlarının əsasını təşkil edəcək. Bu sənəd ABŞ-ın dünyada açıq-aşkar liderliyini və dünya sisteminin sabitliyinə və inkişafına görə məsuliyyət daşıyan ölkə kimi onun məqsəd və vəzifələrini müəyyən edir, bununla da ABŞ-ın tərəfdaşlıq ittifaqları çərçivəsində liderliyinə əsaslanan 2010-cu il strategiyasından fərqlənir".

http://www.contact.az/docs/2016/Analytics/111300174650az.htm#.WJM1l_mLTs0

Tramp siyasətin ardıcıllıq yolu ilə keçdiyini bəyan edir, amma istər KİV-ə, Dövlət Departamentinin əməkdaşlarına və ya xarici ölkələrə münasibətdə daha amansız və nümayişkaranə formada. Praktiki olaraq onun özünün ifadə etdiyi kimi, əks əlaqə prinsipi əsasında cəmiyyətlə daha fəal işləyəcək yeni amansız administrasiya formalaşdırmaq məqsədilə qəsdən məmur aparatı ilə qarşıdurmaya girdiyi görünür.

Tramp süni olaraq etirazlar və qarışıqlıqlar yaradaraq həm də fəal şəkildə ABŞ-ın, dəyişdirərək, öz şəxsi liderliyini və ABŞ-ın dövlət liderliyini təsdiq etməyi planlaşdırdığı beynəlxalq maraqları ilə bağlı qərarlar qəbul edir. O, ABŞ-ın açıq-aşkar liderliyi ilə yeni dünya intizamının yeni qaydalarını diktə edir.

Onun mənfur görünən Meksika ilə sərhəd divarı tikilməsi və yeddi izqoy ölkənin vətəndaşlarının ABŞ-a girişinə müvəqqəti qadağa qoyulması haqqında qərarlarına diqqətlə baxsaq, yalnız əvvəlki administrasiyaların fəaliyyətinin davamını görmək olar. Tramp gələnə qədər artıq min kilometrdən çox belə divar tikilmişdi, vətəndaşlarının ABŞ-a girişi müvəqqəti qadağan olunan yeddi müsəlman ölkəsinin altısı artıq Amerika ordusunun bombarmanına və Obama komandasının cəzalarına məruz qalıb.

Beləliklə, ardıcıllığa və Trampın oval kabinetə gəlişindən çox-çox əvvəl hazırlanmış gələcəyin strategiyasına əsaslanan siyasətin həyata keçirildiyini demək olar. Elementar olaraq, milyarder Tramp imicinin prezident Tramp imicinə keçməsi, məsələn Kenedi saç düzümü Trampın öz rolunu və daşıdığı missiyanı başa düşdüyünü göstərir.

Yeni ABŞ prezidentinin Britaniya hökumət başçısı ilə ənənəvi ilk görüşü, İngiltərə kraliçasının yanına planlaşdırılan səfəri, Avropadakı müttəfiqlərinə və Kremldə nüvə müttəfiqinə zəngləri son onilliklər ərzində Amerikanın siyasi ənənələrinin ardıcıllıq yolu ilə keçdiyini və Trampın buna sadiq olduğunu göstərir.

Trampın yaxın 4, bəlkə də 8 il üçün siyasətini dünya tarixinin uzun illər durğunluq və böhrandan sonra əvvəllər görünməmiş nisbətən uzunmüddətli iqtisadi inkişaf dövrünə keçən yeni mərhələsi diktə edəcək. (Bu, Beynəlxalq Ekspertlər Birliyi tərəfindən 2008-ci il maliyyə böhranından sonra proqnozlaşdırılıb, daha sonra 2012-ci ildə Exxon Mobil və BP-nin proqnozları ilə təsdiq edilib). O, tarazlaşdırılmış qlobal istehsal, xidmətlər və istehlak bazarının formalaşması ilə səciyyələnəcək. Və Trampın bütün siyasəti yeni vəziyyətdə liderliyin təmin edilməsinə yönələcək. Bu, bir tərəfdən dünyada Amerika konqlomeratlarının maraqlarının maksimum təmin edilməsində, ABŞ maraqları və digər ölkələrin maraqları arasında tarazlıq yaranması, əmək resurslarının və ödəmə qabiliyyətli istehlakçı birliklərinin inkişafında özünü göstərəcək. İlk növbədə bu, yoxsulluq, hüquqsuzluq, zorakılıq, cəhalət, fanatizm mənbəyi olan inkişaf etməkdə olan ölkələrə aiddir.

Milli maraqların təmin edilməsi və müdafiəsi və beynəlxalq hüquqlara, dəyərlərə və öhdəliklərə əsaslanan demokratik rejimlər şəbəkəsinin yaradılması və inkişafı yolu ilə onların başqalarının maraqları ilə uyğunlaşdırılması ideyası artıq prioritet təşkil edir və tamamilə həyata keçirilmə mərhələsinə qədəm qoyur. Bu, ilk növbədə Avrasiya məkanına aiddir, əsas insan resursları, maddi resurslar burada cəmləşib və ənənəvi olaraq dünya tarixi burada formalaşıb.

Agentlik artıq bu barədə yazıb, o cümlədən aşağıdakı məqalədə:

http://www.contact.az/docs/2016/Analytics/041100152510az.htm#.WJM13vmLTs0

Bu strategiyanın mühüm komponenti, Rusiya, demək olar ki, artıq son tarixində ən çətin illəri yaşayıb, postsovet iqtisadiyyatını dünya iqtisadiyyatına birləşdirməyə və daimi böhranlar, o cümlədən sonuncu böhran şəraitində idarəetməni qoruyub saxlamağa müvəffəq olub. Təsadüfi deyil ki, Donald Tramp Rusiya ilə münasibətlərin yenidən formalaşmasından danışır, belə ki, Kreml əvvəlki Obama administrasiyasının liberal-kapitalist relslərə keçid haqqında tövsiyələrini və tələblərini yerinə yetirib.

İlin əvvəlində Gaydar forumunda təqdim edilmiş yeni Kudrin islahatı yaxın aylarda praktiki inkişafını tapacaq, bu da Kreml və Ağ Ev arasında münasibətlərin bərpası üçün əsas olacaq.

Rusiyanın yardımı ilə və Kiyevin protektoratı altında Dobassda vəziyyətin sabitləşməsi, Yaxın Şərqdə böhranın hərbi mərhələsinin yekunlaşması, ABŞ və regional oyunçuların - Aİ, Rusiya, Türkiyə, İran, Boğaz ölkələrinin neft monarxiyalarının qarşılıqlı fəaliyyəti nəticəsində İŞİD-in ləğvi də buna şərait yaradacaq. Münaqişələrin idarə olunması vaxtı sona çatır, yerini dəyərlər və öhdəliklər vasitəsilə idarəetmə doktrinasına verir. Bu məsələdə Rusiya ilə yanaşı, postsovet avtoritar ölkələrdə, eləcə də keçmiş SSRİ-nin cənub hissəsində islahatlar qaçılmazdır.

Bu, Azərbaycana da aiddir, ölkə hökuməti istəkli deyil, məcburi olaraq artıq bu ilin yayında avtoritar sistemdə islahatlar aparacaq. Əliyev administrasiyasının neft, sabitlik müqabilində Tramp administrasiyası ilə razılıq əldə etmək perspektivinə ümidləri, demək olar ki, doğrulmadı. Beynəlxalq təşkilatların Vaşinqtonu kuklaçı adlandıran Azərbaycanda korrupsiya, insan hüquqları və azadlıqla bağlı vəziyyət haqqında hesabatları Ağ Evdə ABŞ isteblişmentinin ayrı-ayrı nümayəndələrinin şəxsi strategiyasına deyil, milli strategiyaya əsaslanan kursun ardıcıllıq yolu ilə keçdiyini göstərir.

Əliyevin təxirə saldığı oktyabr referendumunda müəyyən olunmuş institusional dəyişikliklər və islahatların strateji yol xəritəsinin icrası mütləq qonşu ölkələr ilə sinxron şəkildə həyata keçiriləcək. Elə bu günlərdə Əliyev Aİ ilə son illər əsassız olaraq uzatdığı strateji tərəfdaşlığı tamamilə razılaşdırmaq üçün Brüsselə gedəcək. Azərbaycan getdikcə daha çox Qərb inkişaf vektoru ilə regional inteqrasiya sisteminin bir hissəsinə çevrilir. Buna görə o, okeanın o tayındakı dəyişikliklərdən kənarda qala bilməz.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti