2008-ci ilin payızında Rusiya prezidentinin iqtisadi siyasət üzrə keçmiş müşaviri Andrey Illarionov etiraf etmişdi ki, Kreml əsas zərərinin Rusiyaya dəyəcəyi yaxınlaşmaqda olan dünya qlobal maliyyə böhranının baş verəcəyindən hali idi.
Illarionov bunu o zamankı prezident Dmitri Medvedev və baş nazir Vladimir Putinin böhranın gözlənilməz, xarici qüvvələrin sui-qəsdinin mövcud və Rusiya hökumətinin böhranın zərərini minimuma endirməyə qadir olduğu haqda yöndəmsiz bəhanələrlə özlərinə bəraət qazandırmaq cəhdləri ilə bağlı olaraq bəyan etmişdi. Yeri gəlmişkən, əgər inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə fond bazarlarının azalması 8% -15% arasında idisə, Rusiyada həmin ilin payızına fond bazarı demək olar ki, 51% çökdü və bundan sonra da azalmağa davam etdi.
Qərbdəki tənəzzül ilə müqayisədə bu azalma Rusiyanın "paraşütsüz uçuş"u idi, halbuki ABŞ və Avropa rəqibləri resessiyaya tədricən, rəvanlıqla qərq olurdular. 2008-ci ilin may ayının 19-dan səhmləri Rusiya fond bazarında qiymətlənən Rusiya şirkətlərinin məcmu kapitallaşması az qala $800 mlrd. azaldı. Iki il ərzində Rusiya çox hissəsinin ordusunun modernləşdirilməsinə yönəltməyə planlaşdırdığı $600 mlrd.-dan artıq sabitləşdirmə fondunu sərf etdi.
Dərinləşən böhran şəraitində cəmiyyəti birləşdirmək və Putin- Medvedev tandeminə əksəriyyətin dəstəyini qabaqcadan qazanmaq Putinə müyəssər olmasa idi tənəzzül daha ağrılı ola bilərdi. Genişlənən maliyyə böhranı şəraitində tandemin populyarlığının bu cür sürətli və yüksək artımım amili Gürcüstana qarşı müharibənin başlanması oldu. Balaca Gürcüstanla ildırımsürətli müharibədə qalib gəlməsi bununla Rusiyanın diz çökmüş vəziyyətdən ayağa qalxdığını hesab etmiş rusların sıralarına eyforiya gətirdi. Sosioloji rəy sorğuları Rusiya cəmiyyətində revanşist, qisasçılıq siyasətinə əsaslanan meyllərinin olduğun göstərirdi - Putinin hərbçi, davakar hərəkətlərinə dəstək onun 88% civarındakı reytinqi oldu.
Məhz bu müzəffər müharibə və güc nümayiş etdirilməsi böhrana qərq olan Rusiya cəmiyyətinin narazılıq əhval-ruhiyyəsini tarazlaşdırırdı.
O zaman bir çoxları Rusiyanın hərbi ekspansiyasının Gürcüstanın bütün ərazisini əhatə edəcəyini gözləyirdi, lakin rus qoşunları ölkə paytaxtının 40 km-liyində dayandı və sonra, Abxaziya və Osetiyanı zəbt edərək, geri çəkildi. Məhz o zaman Rusiyanın xarici sərmayələrə ehtiyacı olduğu barəsində bəyanatlar səsləndirildi. Növbəti 10 ildə, Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, Rusiyanın ən azı $1 trln. investisiyaya ehtiyacı var idi. Və onlar daxil olmağa başladı. Rusiyaya hər il orta hesabla $100 mlrd xarici sərmayə qoyulurdu. Keçən il onlar 10% artaraq $170 milyard təşkil edib.
Lakin, Soçidəki Olimpiya Oyunları da daxil olmaqla, bütün iqtisadi layihələrin iflasa uğraması Rusiyanı iflas həddinə çatdırdı. Cari 2014-cü il iqtisadiyyatın ən güclü - defolt halına qədər - tənəzzül ili elan edilib. Getdikcə güclənən böhranın ölkə üçün hansı təhlükələr törətdiyi və hansı nəticələrə gətirib çıxara biləcəyini təsəvvür etmək çətin deyil. Iş yerlərinin, xüsusən regionlarda, artıq başlanmış kütləvi ixtisarı, sosial proqramların yığışdırılması Rusiya cəmiyyətində inqilabi ab-hava yaradır. Aydın olur ki, Qərbin ciddi və genişmiqyaslı iqtisadi köməyi olmadan Putin hökumətinin bu böhranı aradan qaldırması mümkün olmayacaq.
Bu gün Moskvanın Vaşinqtondan hansı məbləği istədiyini və əvəzində nə verməli olacağını demək çətindir. Bizdə Kreml və Ağ Ev arasında qapalı danışıqlar haqqında heç bir məlumat yoxdur . Amma bir şey aydındır ki, ortaya qoyulan paylar çox yüksəkdir. Əgər Gürcüstan hərbi kampaniyası dövründə söhbət 10 ilə təxminən $ 1trln. ayırmaqdan gedirdisə, indi tələb olunan məbləğ bundan az olmamalı və daha qısa müddət üçün verilməlidir.
Soçi Olimpiadası ərəfəsində tərəflər arasındakı gərgin münasibətlər onların tələb olunan köməyin məbləği barəsində ortaq məxrəcə gələ bilmədiklərinə dəlalət edir, hərçənd Maydan inqilabının ən qızğın vaxtında Putinin Avropa İttifaqının Rusiyasız da böhranı həll etmək iqtidarında olduğu haqda bəyanatı göstərir ki, tərəflər qarşılıqlı anlaşma, xüsusilə Rusiyaya təcili antiböhran yardımı məsələsi üzrə, əldə etməyə yaxın idilər.
Gürcüstanla bağlı halda olduğu kimi, Putin üçün Qərbi şantaj etmək məqsədilə rusdilli əhalini müdafiə bəhanəsi ilə əvvəlcə Krımda hərbi təcavüzə başlamaqdan başqa bir şey qalmırdı. Hadisələrin sonrakı gedişinin asılı olduğu amillər bunlardır: Putin xarici yardıma olan ehtiyacını təmin edə biləcəkmi, yoxsa Qərb konsolidasiyası təzyiqinin altında geri çəkiləcək. Sonuncunun ehtimalı çox azdır, çünki bu halda o, öz xalqının gözündə ölkəni böhrandan çıxarmaq iqtidarında olmayan zəif lider, Rusiya isə dünya birliyi üçün öz imperiya atributlarını tamamilə itirmiş dövlət olacaq.
Putinin geri çəkilməsi yalnız onun şəxsi məğlubiyyəti deyil, həm də ölkənin daxili səbəblərdən törəyən parçalanması proseslərinin başlaya biləcəyi Rusiyanın qlobal məğlubiyyəti olacaq. Digər tərəfdən, çətin ki, daxili qeyri-sabitlik və ölkənin parçalanması təhlükəsinin olduğu qlobal Rusiya böhranının başlanmasında ABŞ maraqlı ola. Bu yalnız gözlənilməz nəticələri olacaq son çarə kimi mümkündür, çünki dünya nəzərə almalıdır ki, Rusiya bütün nəhəng ərazisi üzrə yerləşdirilmiş nüvə silahı ilə həddən artıq doldurulmuş bir dövlətdir.
Ukrayna böhranının tənzimlənəcəyinin mümkün olduğuna gah Rusiya, gah da Avropada arabir yaranan ümidlər tərəflərin az qala təhlükə ilə üzləşdiyi intensiv riskli danışıqların apardığını göstərir. Hələ bir neçə gün bundan əvvəl ABŞ prezidenti Barak Obama və Putin arasında Ukraynada vəziyyət haqqında 90-dəqiqəlik söhbət keçirilmişdi. Ölkələrinin maraqlarını Ukrayna məsələsi çərçivəsindən çox-çox uzaqlarda qabağa çəkməyin qayğısına qalmaqla məşğul olan insanlar üçün Ukrayna haqqında danışığa sərf edilmiş saat yarım həddindən artıq vaxt intervalıdır. Maraqlıdır ki, bundan sonra danışıqlar estafeti mənzilin uzaq olduğuna baxmayaraq Putinlə təkbətək danışmağın onun üçün alman dilində daha rahat olduğu Almaniya kansleri Angela Merkelə keçib.
Rusiya lideri ilə telefon danışığının nəticələrinə dair Obama ilə açıq söhbətində Merkel böyük narazılıqla Putinin qeyri-adekvat və gerçəklik ilə əlaqə hissini itirmiş olduğunu, başqa reallıqda bulunduğunu etiraf edib. Putinin bu reallığı təxminən nə qədər dəyərləndirildiyini Merkel bildirməyib.
Amma danışıqlar bununla hələ bitmir. Rusiya prezidentinin Ukraynanın digər hissələrinə qoşun yeridilməsi barəsində hələlik qərar qəbul etmədiyi haqda Moskvanın bəyanat və ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın razılaşma yollarının mövcud olduğu barədə nikbin etirafı onu göstərir ki, sövdələşmə fəal mərhələdədir. Krım yarımadasının Kiyev üçün müvəqqəti itirilməsi və ya Ukraynanın qoynuna qayıtması variantları ilə böhranın tənzimlənməsinin neçəyə başa gələcəyi isə başqa məsələdir.
Rusiyada iqtisadi vəziyyətlə bağlı rəylər:
Rusiyanın "İnfin" Fond Mərkəzinin analitikləri: "Rusiya iqtisadiyyatı depressiyaya yuvarlanır. Onun əsas göstəriciləri son 5 ildə neftin bahalığına, zəifləyən rubla, artan büdcə xərclərinə baxmayaraq, ən aşağıdır. Bu trendi aradan qaldırmaq üçün zəmin görünmür. 2014-cü ildə Rusiya iqtisadiyyatı yavaşlamaqda davam edəcək. 3% ÜDM artımından söhbət getmir. Ekspertlərin baza proqnozu 0-1,7%-dir".
"Uralsib" analitikləri: "İkinci rübdə iqtisadiyyatda tənəzzül mərhələsi başlayacaq. İnflyasiya 5,5%, Brent neftin orta illik qiyməti $98 olacaq. 2014-cü ildə büdcə sahəsində maaş artımı praktik olaraq dayanacaq, bankların əhalini kreditləşdirməsinin artım tempi düşəcək, istehlak krediti resursu tükənəcək. Sənayedə durğunluq olacaq, investisiya azalacaq, xərclər artacaq. "Xərclər üzrə rəqabət qabiliyyətinin xroniki itirilməsi durğunluqdan azalmaya, sonradan investisiya azalmasının dərinləşməsinə səbəb olacaq".
Qloballaşma və Sosial Hərəkat İnstitutu İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov: "Neqativ ssenari neftin ucuzlaşması ilə bağlı ola bilər, bu isə çətin deyil - İranın blokadasını aradan qaldırmaq kifayətdir. Əgər ABŞ bunu istəsə, İran neftni dünya bazarına buraxar. 2014-cü ildə Olimpiada qurtaranda rubl ucuzlaşa bilər. Paytaxtda şirkətlər sakitcə heyəti işdən çıxarır, bu proses gedir, onun səsi sonradan eşidiləcək. Regionlarda işdən çıxarılmalar daha çox olacaq. İndi o, əsasən istehsal sahəsindədir, bu isə regionlarda yaşayan ruslar üçün çox böyükdür. Ardınca bank sektoru gələcək"
"Delova jizn" jurnalı: "2000-ci illərdə ölkənin müxtəlif regionlarında olan lokal çaxnaşmalar ilk "qaranquşlar" ola bilər. Əgər bu qaynar qazan partlasa, çox böyük xoşagəlməzlik olacaq. Rus üsyanının nə ilə nəticələndiyini tarix kitablarından yaxşı bilirik. Əgər bu mənfi amillərin təsiri zamanla üst-üstə düşsə, - əclaflıq qanununa görə, adətən, belə olur, - onda Rusiyanı çətin günlər və hətta defolt gözləyir. Görünür, 2014-cü ildə bu, baş verəcək".
"Renessans Kapitala"nın iqtisadçıları İvan Çakarov və Natalya Saseyeva: "2014-cü ildə Rusiyada artım dramatik şkildə azalacaq".
"Praym" agentliyinin konsensus-proqnozu: "Ekspertlərin əksəriyyəti 2014-cü ildən Rusiya iqtisadiyyatı üçün yaxşı heç nə gözləmir, bütün göstəricilərə görə, gələn il uğursuz ötən ilə oxşayacaq".
FBK strateji analiz institutunun direktoru İqor Nikolayev: "2014-ci il 2013-cü ildən pis, ancaq 2015-ci ildən yaxşı olacaq".
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin: "2013-2014-cü illər əgər böhran dövrünü nəzərə almasaq, 2000-ci ildən ən pis olacaq. Səbəb budur ki, köhnə iqtisadi model sıradan çıxıb, yeni isə işə düşməyib".
Rəy yaz