Dövlət strukturları poliuretandan üzlük kimi istifadəyə icazə verib
Yerli KİV üzlük materialının istehsalı və istifadəsi üzrə icazə prosedurunu analiz edib. Məlum olub ki, poliuretana uyğunluq sertifikatı, ondan üzlük kimi istifadəyə icazə verilib.
Sənədlərə əsasən, “Global Stone” MMC-nin poliuretan məhsuluna Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsinin AzTEST mərkəzi sertifikat verib. Məhsul “Dərnəgül Boru Zavodu”nun laboratoriyasında sınaqdan keçirilib.
FHN-in Yanğına Nəzarət Dövlət Xidməti poliuretandan üzlük kimi istifadəyə icazə verib, çünki o, təcrübə zamanı «yanğına yüksək davamlılıq göstərib».
Bir sıra ekspertlərin fikrincə, Azərbaycanda istifadə edilən poliuretan keyfiyyətli deyil. Poliuretan çox yüksək temperatirda açıq odla təmas zamanı yanır. Təmas aradan qalxanda o, yanmır.
Amma poliuretanın mənfi cəhəti də var. Bu material yanan zaman çox təhlükəli qazlar, o cümlədən НСN ayrılır. Bu qazlar bir neçə dəqiqəyə insanı öldürür və ya zəhərləyir. +170 ºС-dən yüksək temperaturda poliuretan zəhərli və yanan qaz buraxır. Poliuretan yanan zaman çıxan qazlarda fosforlu antipirenlər, karbon oksid və sianlı hidrogendən daha zəhərli maddələr olur. Xlorlu poliuretanların pirolozondə xlor, xlorlu hidrogen, xlorlu karbohidrogen yaranır.
Qeyd edək ki, çoxsaylı ölüm faktı ilə nəticələnən yanğını araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb.
-
- İqtisadiyyat
- 20 May 2015 17:41
-
- Cəmiyyət
- 20 May 2015 18:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz