Gübrələrin güzəştli satışı üçün 3,3 mln manat subsidiya ayrılıb
Sentyabrın 6-da kənd təsərrüfatı naziri İsmət Abasovun sədrliyi ilə kənd təsərrüfatı subsidiyaları üzrə Respublika Komissiyasının iclasında 6-cı dəfə mineral gübrələrin güzəştli satışı üçün subsidiya verilməsi barədə qərar qəbul edilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qərara əsasən, Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “Mikro Az Feed” MMC, "Aqrolayn Qrup" MMC, "Sərxan 2" MMC və “Aqro Kompleks Qəbələ” MMC 3 343 min manat subsidiya alıb. Bu şirkətlər 73,4 min ha torpaq sahəsi üçün 14,7 min ton gübrə alıb. Gübrəni 8 263 fermer və kənd təsərrüfatı müəssisəsi alıb.
Kənd təsərrüfatının subsidiyalaşdırılması Azərbaycanda 2006-cı ildən həyata keçirilir. 2007-ci ildən fermerlərin mineral gübrə pulunun 50%-i dövlət ödəyir. Bundan başqa, yanacaq və mühərrik yağı üçün fermerlər 1 hektar üçün 40 manat alır. Buğda və düyü istehsalçıları da hektara 40 manat alır.
2013-cü ildə dövlət büdcəsindən kənd təsərrüfatının subsidiyalaşdırılması üçün 125 mln manat, o cümlədən mineral gübrələr üçün 25 mln manat nəzərdə tutulub. İndiyədək bu vəsaitin 17,9 mln manatından istifadə olunub. 08D
-
- Cəmiyyət
- 9 Sentyabr 2013 12:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz