Həyat icbari və könüllü arasında
yanvar-iyunda yığım sığortası 16,57 mln manat və ya həyat sığortası ümkafatlarının 46,6%-i qədər olub. Ötən il bu göstərici 6,3 mln manat idi.
Bu, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə real rəqabəti göstərir. İlin əvvəlində bu növ üzrə 57,8%, 1 may üçün 47,79% toplanılıb.
İki rübdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 17,62 mln manat toplanıb. Bu, ötən ilin eyni dövründəkindən 2 mln çoxdur. Həyat sığortası üzrə isə 35,56 mln manat mükafat olub.
Azərbaycanda hələlik həyat sığortası üzrə ixtisaslaşıb, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edən 3 şirkət var. İyulun 1-i üçün “Paşa həyat Sığorta” 16 mln 165,19 min, “Atəşgah həyat Sığorta” 14 mln 624,13 min, “Qala həyat Sığorta” 5 mln 769,27 min manat toplayıb. Vergilər Nazirliyinin məlumatına görə, ölkədə 463 min sahibkar var. Onların beşdə biri real məşğulluğu təmin edir. Bütün təbii inhisarlar və iri biznesmenlər sığorta şirkətləri ilə müqavilə bağlayıb.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun 2010-cu ildə təsdiq edilib. 17 dekabrda Maliyyə Nazirliyi normativ-hüquqi aktları təsdiq edib.
2010-cu ilin noyabrında Nazirlər Kabinetinin təsdiq ertdiyi tariflərlə iqtisadi fəaliyyət növləri 14 risk dərəcəsinə bölünüb. Müəssisənin risk dərəcəsindən asılı olaraq sığorta ödənişi həcmi 0,2%-2%-dir. Qanuna əsasən, sığorta tarifi müəssisənin maaş fonduna köçürülür. Qanun 3 sığorta ödənişi növünü nəzərdə tutur: aylıq, bir dəfəlik və əlavə. --17D—
İqtisadiyyat
-
Biznes Mühiti və Beynəlxalq Reytinqlər Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan və elektrik şəbəkəsinə qoşulma mövzusunda məlumatları əhatə edən qanunvericilik normaları və elektron dövlət xidmətləri ilə bağlı ətraflı icmal dərc edilib.
-
Üçüncü oxunuşda qəbul edilmiş "Vergi Məcəlləsinə Dəyişikliklər Haqqında" qanun layihəsi Azərbaycanda yerli istehsal avtobuslarının satışı və bu nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin təchizatı üzrə vergi güzəştlərini nəzərdə tutur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti məlumat verərək, hökumətin təşəbbüsünün ölkədə biznesin inkişafını dəstəkləmək və vergi yükünü azaltmaq məqsədinə xidmət etdiyini bildirib. Güzəşt 1 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcək və 8 il müddətində qüvvədə qalacaq.
-
Dekabrın 21-də Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.
-
Yüzlərlə yük maşını Qazaxıstanın Kurık limanında ilişərək Azərbaycana bərə ilə keçmək üçün bir neçə gün gözləyir, lada.kz portalı xəbər verir. Bu durğunluq bərələrin azlığı, əlverişsiz hava şəraiti və Rusiyaya qarşı sanksiyaların genişlənməsi səbəbindən marşrutların dəyişdirilməsi ilə əlaqədardır.
Rəy yaz