Mobil telefonların idxalı azalıb
2014-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycana 88,6 min mobil telefon və başqa naqilsiz rabitə vasitələri gətirilib. Bu, 2013-cü ildəkindən 6,4% azdır, deyə Dövlətstatkom bildirir.
2012-ci ildə bu göstərici 187,5 min ədəd idi. Gömrük Komitəsi vaxtaşırı mobil telefonların qanunsuz idxalının qarşısının alındığı barədə məlumat yayır.
İdxalın azalması onunla bağlı ola bilər ki, ölkədə telefonlar baha olduğu üçün xaricə gedənlər orda daha ucuz qiymətə şəxsi telefon alır. Onların idxalı isə gömrük vergisinə cəlb edilmir. Son vaxtlar ucuz brend Çin telefonları diqqəti cəlb edir. Şəxsi istifadə üçün idxal edilən telefonların gömrük uçotu aparılmır.
DSK-ya görə, 2014-cü ildə mobil telefon idxalı $5 mln 134,5 min manata başa gəlib, bu, 2013-cü ildəkindən 22,4 % çoxdur.
1 yanvar 2015-ci il üçün Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı 10 101,9 min nəfər olub. Bu, 2013-cü ildəkindən 3,9% çoxdur. Hər 100 nəfərə 107 (+2) mobil telefon düşür.
2014-cü ildə mobil rabitə operatorlarının qazancı 710,5 mln manat olub. Bu, 2013-cü ildəkindən 6,4% çoxdur. --08B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz