- Mədəniyyət
- 10 Sentyabr 2018, 17:53
- 102
Sayman Aruz: Azərbaycan kllassik ədəbiyyatına aid əlyazma kitablar ölkəyə gətirilib
Bakı/10.09.18/Turan: Azərbaycan klassik ədəbiyyatına aid olan bir neçə əlyazma kitabı İran milli arxivindən Azərbaycana gətirilib.
Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Turan-a bildirilib.
"Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi klassik ədəbiyyatımızın təbliğı və araşdırması ilə bərabər bir çox yeni nəsil şair-yazıçıları Quzey Azərbaycan ədəbi mühitinə təqdim edib".
Onun sözlərinə görə, şöbənin səyləri nəticəsində bu günlərdə Azərbaycan klassik ədəbiyyatına aid olan bir neçə əlyazma kitabı İran milli arxivindən Azərbaycana gətirilib.
"Bunlar İmadəddin Nəsiminin türkcə divanı, Qovsi Təbrizinin divanı, Əlişir Nəvainin divanı, Məhəmməd Füzulinin "Həqiqətüs-süəda" əsəri, "Qiyamətnamə", "Məclisi-kəşkul", "Bayquşnamə", "Müqəddəmətül-ədəb" və "Dəri-Türki" sözlük kitablarıdır", deyə o qeyd edib.
Sayman Aruz bildirib ki, bu kitablar ilk dəfədir Azərbaycana gətirilib.
"Arzu edirik ki, dünyanın müxtəlif guşələrinə səpələnmiş əlyazma kitablarımızın hamısını doğma vətənimizə gətirmək imkanı yaransın", deyə o qeyd edib. -03B-
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 307
Rəy yaz