president.az
Azərbaycan prezidenti Monteneqro baş naziri ilə görüşü
Bakı/05.07.23/Turan: Bu gün Azərbaycan prezidenti İlham Əliyev Monteneqronun Baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.
Dövlət başçısının saytında yer alan məlumata görə, görüşdə Monteneqronun Azərbaycan ilə enerji, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğu qeyd edilib, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin bir-birinə dəstəyi vurğulanıb. 06В
-
- Siyasət
- 5 İyul 2023 19:38
Siyasət
-
COP29-da iştirak üçün Bakıya səfər edən Norveçin Beynəlxalq İnkişaf Naziri Anne Beathe Tvinnereim hazırda polis nəzarətində olan, ev məhbusluğu həyatı yaşayan siyasi məhbus, London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlu ilə görüşüb. Norveç höküməti adından görüşə gəldiyini bildirən xanım nazir Qubad İbadoğluya qarşı tətbiq olunan məhdudiyyətlər, onun sağlamlıq durumu və ona qarşı irəli sürülən ittihamları üzrə istintaqın gedişi ilə maraqlanıb.
-
COP29 çərçivəsində Maliyyə, İnvestisiyalar və Ticarət Günü zamanı İqlim Maliyyəsi, İnvestisiyalar və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) təqdim olundu. Bu təşəbbüs, innovativ qlobal əməkdaşlıq vasitəsilə iqlim məqsədlərini dəstəkləmək üçün yeni addım sayılır.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində noyabrın 16-da “Qarabağ” komandasının təşəbbüsü ilə dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansı təsis edilib. Alyans COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.
-
Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirildiyi məkanda ekofəallar iqlim dəyişkliyinə qarşı mübarizə üçün sənaye dövlətlərinin pul ödəməsini və meşə ərazilərində yaşayan insanların hüquqlarına hörmət edilməsini tələb edən aksiyalar keçirib.
Rəy yaz