Açıq mənbələrdən foto
Bakıda tikintilərə icazəni Arxitektura Komitəsi verəcək
Bakı/02.08.18/Turan: Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.
Prezident İlham Əliyev bu gün, avqustun 1-də bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Bu sırada tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olunur.
Fərman həmçinin, Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanununun tətbiqi barədə prezidentin 2012-ci ildə imzaladığı fərmana dəyişiklikləri də nəzərdə tutur.
Həmin dəyişikliklər əsasən, tikintilərə icazə verilməsi proseduru ilə bağlıdır. Dəyişikliklər Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə icazə proseduruna başqa qurumlarla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adının da daxil edilməsini nəzərdə tutur.--0--
Fərmanda həmçinin, Nazirlər Kabinetinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıqlar da verilib.
-
- Mədəniyyət
- 2 Avqust 2018 11:47
-
- Çətin sual
- 2 Avqust 2018 12:52
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz