- Söz istəyirəm
- 15 Oktyabr 2019, 13:18
- 138
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına
Hacıyeva Əminə Fevzi qızı tərəfindən (ünvan: Yasamal rayonu, İnşaatçlar prospekti 14, ev 7)
Hörmətli Cənab Prezident !
Mən Sizə qadın, bacı, ana kimi müraciət edirəm və qardaşım Cahangir barəsində Sizdən ədalətli qərar xahiş edirəm, Sizə ümid edir və güvənirəm. Cahangir dörd ildən çoxdur ki, həbsdədir. Bəzi məmurlar, hansı ki, sizin qarşınızda mənim qardaşımı şərləyiblər , onun özünə və ailəmizə çox məhrumiyyətlər gətiriblər, onunla görüşlər dəfələrlə dayandırlıb, telefon danışıqların qadağan olunub, müalicə dərmanları ona verilməyib və s.
Yalnız Sizə müraciət etdikdədn sonra Sizin humanist qərarlarınız nəticəsində bu qanunsuzluqlar aradan qaldırılıb, ona görə mən Sizə ümid edir və güvənirəm.
Sizin rəhbərliyiniz altında Beynəlxalq Bank dünyada nüfuzlu banka çevrilib, bu bankın vasitəsilə çoxlu müəssisələrin Sizin iştirakınıza açılışları olub. Bu işlərdə Cahangirin az əməyi olmayıb.
Təbii ki, səhvləri də olub, lakin mən Cahangiri tanıyan bacısı Sizə səmimiyyətlə deyə bilərəm ki, Cahangirin xəyanəti və cinayəti yoxdur.
Səhvlərini düzəltmək üçün ona şans verməyinizi xahiş edirəm. Əminliklə deyirəm ki, etimad göstərildiyi halda o, bu etibarı və etimadı doğruldacaqdır. Mən bu xahişlə və əminliklə Sizə müraciət edirəm.
Hörmətlə, Əminə Hacıyeva
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz