Şahin Seyidzadə deputatlıq səlahiyyətlərinə xitam verir

Bakı/16.03./Turan: Milli Məclisin deputatı Şahin Seyidzadə "İçəri Şədeöuhər" Tarix-Mədəniyyət Qoruğunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi ilə əlaqədar deputat mandatından imtina etdiyi barədə ərizə yazıb.

Qanunvericiliyə əsasən, deputat icra hakimiyyətində vəzifə tutarkən, eyni zamanda elmi və pedaqoji fəaliyyətdən başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz.

Qeyd edək ki, 125 yerdən ibarət Azərbaycan parlamentində artıq 6 yer boşdur.

2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərdə 4 dairədə nəticələr ləğv edilib. Daha bir parlamentari seçkilərdən sonra vəfat edib. Bundan başqa, deputat Eldəniz Səlimova qarşı cinayət işi və onun barəsində qüvvəyə minmiş hökmlə əlaqədar onun səlahiyyətlərinə xitam verilib.

MSK boş yerlər üçün hələ də təkrar seçkilər təyin etmir. -06B-

 

Rəy yaz

Siyasət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti