Filip Riker ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədridir
Vaşinqton/25.08.22/Turan: “Mən səfir Filip T. Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edirəm. Səfir Riker bu vəzifədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri olacaq və bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ-ın aparıcı danışıqlarçısı olacaq”, - ABŞ Dövlət Katibi Entoni Blinken çərşənbə axşamı deyib.
Onun sözlərinə görə, səfir Rikerin Avropada və beynəlxalq təşkilatlarda böyük təcrübəsi var.
Bundan əvvəl Riket ABŞ-ın Londondakı səfirliyində müvəqqəti işlər vəkili olub.
2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər Riker dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.
Bundan əvvəl o, ABŞ-ın Almaniyadakı Avropa Komandanlığı komandanının siyasi müşaviri, Milanda baş konsul, dövlət katibinin Balkanlar üzrə köməkçisinin müavini olub.
2008-2011-ci illərdə ABŞ-ın Şimali Makedoniyadakı səfiri olub.
“Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyi götürür”, - Blinken bildirib.
“Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda məşğul olacaq və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək”, - o əlavə edib.
Səfir Rikerin təyin edilməsi də ABŞ-ın Gürcüstanla bağlı Cenevrə beynəlxalq müzakirələrinə verdiyi əhəmiyyəti təsdiqləyir, dövlət katibi əlavə edib.
Riker bu ilin iyununda Minsk Qrupunun amerikalı həmsədri təyin edilmiş yeni vəzifəsində Laura Oklanı əvəz edəcək.
Qeyd edək ki, Riker artıq Qarabağ nizamlanması prosesinin iştirakçısı olub. Məhz onun 2021-ci ilin iyununda Bakıya səfərindən sonra 15 erməni əsiri azad edilib. -0-
-
- Maliyyə
- 25 Avqust 2022 11:10
Siyasət
-
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik ünvanlayıb.
-
Həbsdə olan iqtisadçı və sabiq deputat Nazim Bəydəmirli saxlanma şəraitindən narazıdır.
-
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 24-də Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə görüşüb. Görüşdə Azərbaycan və Ukrayna əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
-
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev Rail Abbasova görə Qərbi Azərbaycan İcmasına mətbuat vasitəsilə müraciət edib.
Rəy yaz