ABŞ sülh öhdəliklərini “alqışlayır”, lakin İran və Rusiyanı etibarlı tərəfdaşlar hesab etmir
Vaşinqton/23.10.23/Turan: ABŞ Ermənistan və Azərbaycanın iştirakı ilə keçirilən dinc tədbirləri “alqışlayır”, lakin İran və Rusiyanı etibarlı tərəfdaşlar hesab etmir, Dövlət Departamenti bu gün Tehranda keçirilən sammiti şərh edərkən bildirib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinqdə Turanın Vaşinqton müxbirinə deyib: “Biz bu danışıqların harada getməsindən və kimin aparmasından asılı olmayaraq, Cənubi Qafqaz xalqlarının sülh və sabitliyinə töhfə verən istənilən ədalətli tədbiri alqışlayırıq”.
Bu arada o əlavə edib: “Eyni zamanda, biz Cənubi Qafqazın İran və Rusiyaya yaxın coğrafi mövqeyini bililik, lakin bu ölkələrdə etibarlı tərəfdaşlar tapmamışıq”. -0-
Siyasət
-
Qazaxıstanın Mangistauski rayonunda yerləşən məhkəmə, blogger Azamat Sarsenovu Aktau şəhərində Embraer 190 sərnişin təyyarəsinin qəzasının baş verdiyi yeri çəkdiyi üçün 10 günlük həbs cəzasına məhkum edib. Bu qərar məhkəmənin mətbuat xidməti tərəfindən təsdiqlənib, RBC-nin məlumatına görə.
-
AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
-
Dekabrın 26-da Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Rəy yaz