Ned Price
Vaşinqtondan martın 5-də Qarabağda baş verən toqquşma haqqında şərh
Vaşinqton/07.03.23/Turan: Bazar ertəsi Dövlət Departamenti Qarabağda növbəti qanlı toqquşmaya reaksiya verib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
"Martın 5-də Dağlıq Qarabağda, bizim bildiyimiz qədər, 5 nəfərin həlak olması ilə nəticələnən atışma hadisəsi haqqında məlumatları izləyirik", deyə mətbuat katibi Ned Prays brifinqdə Turan-ın suallarına cavabda bildirib. "Yaralananların və həlak olanların ailələrinə başsağlığı veririk", deyə Prays bildirib.
"Münaqişənin hərbi həlli ola bilməz və mübahisələrin həlli üçün güc tətbiqi qəbuledilməzdir. Sülhü qoruyub saxlamağın yeganə yolu danışıqlar masası arxasına oturmaqdır, güc tətbiqi isə danışıqları sarsıdır", deyə o, sözünə davam edib.
Bazar ertəsi Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, silah daşımaqda şübhəli bilinən avtomobilin saxlanmasından sonra baş verən atışmada iki hərbiçi həlak olub.
Ermənistan XİN avtomobildə "sənədlərin və tabel silahlarının" olduğunu, 3 erməninin öldürüldüyünü bildirib.
Hadisə Qafqazda danışıqlar üzrə baş müşavir Lu Bononun bazar ertəsi regiona ilk səfəri çərçivəsində Bakıya gəldiyi bir vaxtda baş verib.
"Bono "irəliyə gedən yeganə yolun birbaşa dialoq və diplomatiya olduğunu vurğulamaq üçün gəlib. Dövlət katibinin də qeyd etdiyi kimi, ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir", deyə Prays əlavə edib.
Turan-ın hadisənin sülh prosesi üçün nəticələri haqqında sualına cavabda Prays belə deyib: "Açıq-aşkar nəticəsi tərəflərin özləri arasında birbaşa dialoqun və müzakirələrin davam etdirilməsi zərurətidir".
"Biz xarici işlər nazirləri arasında, habelə liderlər səviyyəsində üçtərəfli əsaslarla qarşılıqlı fəaliyyətə şərait yaradaraq, hər iki ölkə üçün tərəfdaş rolunu oynayırdıq. Biz möhkəm sülhün təmin edilməsi səylərində ikitərəfli, üçtərəfli və ya çoxtərəfli əsaslarla tərəfdaş olaraq qalmağa hazırıq", deyə Prays vurğulayıb.
Turan-ın Rusiyanın öz vasitəçiliyini təsdiq etmək istəyi və Vaşinqtonun Qərbin vasitəçiliyini zəruri hesab etməsinin səbəbi haqqında sualına cavabda Prays belə deyib: "Bu sual tərəflərin özlərinə ünvanlanmalıdır, biz vasitəçilik haqqında başqa bir təklifə qarşı çıxmaq niyyətində deyilik və biz vasitəçi deyilik".
"Düşünürəm ki, biz söz də, əməldə də hər iki ölkə ilə münasibətlərimizi, iki ölkəni yaxınlaşdırmaq bacarığımızı, Ermənistan-Azərbaycan münasibətlərində irəliləyişə şərait yaratmağa hazır olduğumuzu nümayiş etdirmişik. Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Biz bunu iki ölkə arasında çoxdan mövcud olan və martın 5-də də olduğu kimi, daim həyatlara son qoyan münaqişənin nizamlanmasına və həllinə nail olmaq üçün edirik. Bizim sülh və təhlükəsizlik maraqlarımız Ermənistan və Azərbaycan xalqlarının da maraqlarına uyğundur", deyə Prays qeyd edib. 0
-
- Siyasət
- 7 Mart 2023 00:36
Siyasət
-
Qazaxıstanın Mangistauski rayonunda yerləşən məhkəmə, blogger Azamat Sarsenovu Aktau şəhərində Embraer 190 sərnişin təyyarəsinin qəzasının baş verdiyi yeri çəkdiyi üçün 10 günlük həbs cəzasına məhkum edib. Bu qərar məhkəmənin mətbuat xidməti tərəfindən təsdiqlənib, RBC-nin məlumatına görə.
-
AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
-
Dekabrın 26-da Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Rəy yaz