Matthew Miller
Dövlət Departamenti: ABŞ harada keçirilməsindən asılı olmayaraq, Bakı və Yerevan arasında birbaşa danışıqları dəstəkləyir
Vaşinqton/25.05.23/Turan: ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etməyə davam edir və tərəflərin müzakirələri davam etdirdikləri barədə xəbərləri alqışlayır, çərşənbə günü Dövlət Departamentində bildiriblər.
“Ötən həftə dövlət katibi Blinkenin açıq şəkildə bildirdiyi kimi, "biz bir daha əmin olduğumuzu bəyan edirik ki, sülh əlçatandır", - Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Vaşinqtonun gözləntilərilə bağlı Turan-ın müxbirinin sualının cavabında deyib.
Onun sözlərinə görə, birbaşa dialoq "problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır".
"Biz bu məsələdə tərəflərlə birbaşa əlaqə quraraq onları dəstəkləməyə davam edəcəyik", - o deyib.
Millerin şərhləri ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Luis Bononun bölgəyə elan olunmamış səfərindən sonra səslənib. Eyni zamanda, mətbuat katibi səfərin təfərrüatlarını açıqlamaqdan yayınıb.
Vaşinqtonun Azərbaycan və Ermənistan liderləri arasında bugünkü Moskva danışıqlarından gözləntilərilə bağlı Turan-ın digər sualının cavabında Miller deyib: "Hesab edirik ki, dayanıqlı yekun həllə nail olmaq üçün birbaşa danışıqlar vacibdir. Və bizim fikrimizcə, əgər hər iki tərəf razılığa gələ bilərsə və öz fikir ayrılıqlarını aradan qaldıra bilərsə bu, tamamilə mümkündür.
Biz istər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın hər hansı bir yerində keçirilməsindən asılı olmayaraq, bu danışıqları dəstəkləyirik", - Miller deyib. 0
-
- Maliyyə
- 25 May 2023 10:44
Siyasət
-
Qazaxıstanın Mangistauski rayonunda yerləşən məhkəmə, blogger Azamat Sarsenovu Aktau şəhərində Embraer 190 sərnişin təyyarəsinin qəzasının baş verdiyi yeri çəkdiyi üçün 10 günlük həbs cəzasına məhkum edib. Bu qərar məhkəmənin mətbuat xidməti tərəfindən təsdiqlənib, RBC-nin məlumatına görə.
-
AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
-
Dekabrın 26-da Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Rəy yaz