Açiq mənbələrdən foto.
Mənbələr: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü "yəqin ki, başqa tarixə təyin olunacaq"
Vaşinqton/08.06.23/Turan: Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti raunduna hazırlıq bəzi çətinliklər olsa da, davam edir, Turan-ın Vaşinqton müxbiri diplomatik mənbələrə istinadən bildirib.
"Böyük ehtimal var ki, xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın qarşıdakı görüşü iyunun 12- də, hətta öncə nəzərdə tutulduğu kimi, gələn həftə də baş tutmasın", - mənbə Turan-a bildirib.
"Söhbət ancaq vaxt və logistikadan gedir", - mənbə dəyişikliyin səbəbləri haqqında daha ətraflı məlumat barədə xahişə cavab olaraq deyib. O əlavə edib ki, "yəqin ki, görüş təxirə salına bilər, amma əlbəttə ki, ləğv edilmir".
Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə elan edib ki, nazirlər iyunun 12-də Vaşinqtonda görüşməyi planlaşdırırlar.
Azərbaycan və ABŞ rəsmi şəxsləri tarixi dəqiqləşdirmədən görüş faktını təsdiqləyiblər.
Çərşənbə günü Dövlət Departamenti vaxt ilə bağlı şərh verməyib.
Vaşinqtonun qarşıdakı görüşdən gözləntilərilə bağlı Turan-ın sualını cavablandıran mətbuat katibinin birinci müavini Vedant Patel gündəlik mətbuat brifinqi zamanı bunları söyləyib: "Əlbəttə ki, mən qrafik və ya mümkün tarixlər barədə hər hansı fikri təsdiqləmək və ya təklif irəli sürmək fikrində deyiləm, sadəcə, deyə bilərəm ki, əlbəttə ki, biz - bu həftənin əvvəlində dediyim kimi, - tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə can atmağa davam etdikləri üçün Vaşinqtonda danışıqların daha bir raundunun keçirilməsini səbirsizliklə gözləyirik".
Sonra Patel əlavə edib: "Siz katibin (Blinken) və digərlərinin bu barədə danışdığını eşitmisiniz. Biz əvvəlkitək hesab edirik ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır".
Bayramov və Mirzoyanın iki aydan az müddətdə ikinci dəfə sülh danışıqları üçün Vaşinqtona səfər edəcəyi gözlənilir. 0
Siyasət
-
Qazaxıstanın Mangistauski rayonunda yerləşən məhkəmə, blogger Azamat Sarsenovu Aktau şəhərində Embraer 190 sərnişin təyyarəsinin qəzasının baş verdiyi yeri çəkdiyi üçün 10 günlük həbs cəzasına məhkum edib. Bu qərar məhkəmənin mətbuat xidməti tərəfindən təsdiqlənib, RBC-nin məlumatına görə.
-
AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
-
Dekabrın 26-da Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Rəy yaz