ABŞ Qubad İbadoğlunun işini yaxından izləyir - Dövlət Departamenti
Vaşinqton/10.08.23/Turan: ABŞ Dövlət Departamenti çərşənbə günü bildirib ki, azərbaycanlı iqtisadçı və hökumətin tənqidçisi Qubad İbadoğlunun işini “diqqətlə zləyir”.
Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Washington Post”un son redaktor məqaləsini TURANa şərh edərkən deyib: “Mən xüsusi diplomatik danışıqların məzmununu açıqlamayacağam, lakin biz bu həbsi diqqətlə izləyirik”. Bu materialda Bayden administrasiyasını rəsmi Bakı ilə təmaslar zamanı İbadoğlunun dərhal azad edilməsi üçün səy göstərmək çağırışları var.
"Biz insan hüquqlarının və əsas azadlıqların təşviqinə qəti sadiq qalırıq və Azərbaycanı Azərbaycan konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq", - Miller davam edib.
İbadoğlu, yaxın vaxtlara qədər Rutgers Universitetində çalışmış hörmətli iqtisadçıdır. O, Azərbaycanda demokratiya prinsipləri və sosial-iqtisadi tərəqqini müdafiə edirdi. İyulun 23-də o, Bakı yaxınlığında saxta pul hazırlamaqda ittiham edilərək həbs edilib.
Polis onun tərk edilmiş mənzilində 40 min dollar məbləğində saxta əskinas tapıldığını bildirib. O, bu ittihamı qəti şəkildə rədd edir.
İbadoğlu şəkər və hipertoniya xəstəliyindən əziyyət çəkir. "Washington Post" qəzetinin yazdığına görə, ailəsi ona dərman almağa imkan verilmədiyini və sağlamlığı üçün narahat olduqlarını bildirib.
Bir neçə ABŞ qanunvericisi, o cümlədən Senatın Xarici Əlaqələr Komitəsinin rəhbərliyi bu həftə Azərbaycan hökumətini onu dərmanla təmin etməyə və İbadoğlunu dərhal azad etməyə çağırıb. 0
-
- İqtisadiyyat
- 10 Avqust 2023 06:48
-
- Siyasət
- 10 Avqust 2023 10:16
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz