![Ağ Ev Qarabağa humanitar yardımın çatdırılmasına çağırıb](https://turan.az/resized/media/2023/main/092600067234-750-500-resize.webp)
Ağ Ev Qarabağa humanitar yardımın çatdırılmasına çağırıb
Vaşinqton D.C./26.09.23/Turan: Çərşənbə axşamı Ağ Ev Dağlıq Qarabağda “bütün ehtiyacı olanlar üçün” humanitar yardımın davam etdirilməsinə çağırıb. Bu barədə TURANın Vaşinqton müxbiri xəbər verir.
“Dağlıq Qarabağda yanacaq anbarında baş vermiş partlayış nəticəsində ən azı 68 nəfərin həlak olması və yüzlərlə insanın yaralanması xəbərindən kədərlənirik və Dağlıq Qarabağ sakinlərinə və əziyyət çəkənlərin hamısına dərin hüznlə başsağlığı veririk”, - Milli Təhlükəsizlik Şuranın sözçüsü Adrienne Uotson açıqlamasında bildirb.
O qeyd edib ki, Birləşmiş Ştatlar "davam edən böhrandan zərər çəkənlərə dəstəyini davam etdirəcək». Watson artıq 28 min insanın Dağlıq Qarabağdan Ermənistana getdiyini deyib.
“USAİD-in rəhbəri oradadır və bu gün Birləşmiş Ştatlar səhiyyə və digər fövqəladə ehtiyacların həlli üçün yerli icmalara Dağlıq Qarabağda zorakılıqdan zərər çəkmiş köçkünlər üçün sığınacaq və ləvazimatlarla təmin olunmasında kömək edir”, - deyə Uotson daha sonra bildirib.-0-
Siyasət
-
İyulun 25-də Azərbaycanın iqtisadiyyat naziri İsrail Xarici İşlər Nazirliyinin baş katibi Yakob Blitşteyni qəbul edib.
-
İyulun 25-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz məsələləri üzrə baş müşaviri Lui Bononu qəbul edib.
-
Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ilin fevral ayında fərmanla təsis edilmiş Prezidentin Təhlükəsizlik Xidməti haqqında Əsasnaməyə dəyişiklikləri təsdiqləyib.
-
Talış tədqiqatçısı İqbal Əbilov erməni kəşfiyyatı ilə əməkdaşlıq edərək dövlətə xəyanətdə ittiham olunur. Bu barədə Azərbaycanın bir sıra KİV-lərinin iyulun 24-də Əbilovu 4 ay müddətinə həbs edən Səbail Rayon Məhkəməsinin iclasına istinadən yaydığı məlumatda deyilir.
Cəmiyyətdə aqressiyanın artmasının səbəbi nədir? – Samirə Qasımlı Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:40
- 203
Rəy yaz