
Bakı/23.12.19/Turan: AXCP Sumqayıt təşkilatının fəalı Kənan Əzizli 10 sutka həbs edilib. Bu barədə AXCP-dən bildiriblər.
Dekabrın 21-də onu evdən aparıblar və səhərə qədər polisdə saxlayıblar.
Dekabrın 22-də Sumqayıt Şəhər Məhkəməsi K.Əzizlini İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə 10 sutka həbs edib.
AXCP-də fəalıın saxlanılmasını partiyaya təzyiqlərin davamı kimi dəyərləndiriblər.
Bundan öncə AXCP-nin 40-a yaxın fəalı 5 sutkadan 60 sutkaya kimi inzibati qaydada həbs edilib. AXCP fəalı Paşa Ümidovun barəsində isə narkotik maddənin dövriyyəsi ittihamı ilə cinayət işi qaldırılıb.–06D-
Rəy yaz