
Bakı/23.12.19/Turan: 29 saylı Səbayel Seçki Dairəsinin 5-ci seçki məntəqəsində bir qrup şəxs bələdiyyə seçkilərində səs vermək üçün yenidən səsverməyə buraxılır. Bu barədə həmin dairədə namizədliyini irəli sürmüş gənc fəal Elgiz Qəhrəman məlumat verib.
“Məntəqədə vətəndaşın səs verib-verməməsini yoxlayan xanım eyni adamı, hətta eyni qrupu təkrar səsverməyə buraxır. Gördü ki, mən pozuntunu qeyd etdim, bunu dayandırdı”, - E.Qəhrəman deyib.
29 saylı Səbayl Seçki dairəsinin dairə seçki komissiyasının sədri Cahangir Məmmədov Turan-a bildirib ki, məsələ araşdırılıb və məlumatın təsdiqlənməyib.
“Veb kamera vasitəsilə həmin məntəqəni izləyirəm. Bu məlumat təxribat xarakterlidir”, - C.Məmmədov bildirib. —06D-
Rəy yaz