Azərbaycanlı siyasi mühacirlərin AFR-də daha bir aksiyası
Bakı/14.09.19/Turan: Azərbaycanlı siyasi mühacirlərin "Demokrarik Azərbaycanı seç" (DAS) təşkilatının fəalları sentyabrın 13-də Almaniyanın Gissen şəhərində iki populyar KİV-in - Giessener Allgemeine Zeitung və Gießener Anzeiger-in qarşısında Azərbaycanda siyasi məhbusları dəstəkləyən aksiya keçiriblər. Bu barədə aksiyanın təşkilatçılarından biri Lamiyə Əhmədova məlumat verib.
Onunla yanaşı aksiyada Ayğun Məhərrəmova, Zöhrə Həsən, Murad Əhmədov, Ramil İşgəndərli, Emin Manafov, Məmməd Qarayev, Qaçay Piriyev, Nadir Rzayev, Ramiz Quliyev, Ramin Əhmədov, Emil Quliyev, Əbdülhüseyn Ələkbərov, İntiqam Xudiyev, Elmir Şirəliyev, Elşən Hüseynov və digərləri çixiş ediblər.
Onlar Azərbaycanda vətəndaşların siyasi motivlərlə həbs edilməsini pisləyiblər və Almaniya KİV-ni buna laqeyd qalmamağa, Avropanın diqqətini bu ölkə ictimaiyyətinin probleminə yönəltməyə çağırıblar.
Qeyd olunub ki, siyasi məhbusların sayına görə (119) Azərbaycan dünyada liderlərdən biridir.
Bundan əlavə, Azərbaycan dünya Media Azadlığı İndeksində 180 ölkə arasında 166-cı yeri tutur. Transparency təşkilatının Korrupsiya Qavrama İndeksinə görə isə yenə 180 ölkə arasında 152-ci yerdədir.
DAS "Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək" kampaniyasına başlayıb. Kampaniya çərçivəsində AFR-in müxtəlif şəhərlərində aksiyalar keçiriləcək. Məqsəd KİV-in diqqətini Azərbaycanda insan hüquqlarının, o cümlədən həbsdə olan jurnalistlərin hüquqlarının pozulmasına yönəltməkdir. -06D-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz