Işçi Qrup beynəlxalq qurumlara müraciət etdi
Turan İnformasiya Agentliyinin rəhbəri M.Əliyevin saxta vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamlarıyla həbs edilməsi, bank hesablarının dondurulması agentliyin ictimaiyyət üçün əvəzolunmaz fəaliyyətini mümkünsüz edib. Ölkənin yeganə müstəqil informasiya agentliyinin qapadılması ilə ölkədə azad sözü, tənqidi fikri yerli və beynəlxalq ictimaiyyətə çatdıran informasiya məkanı daha da daralıb.
Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun Mehman Əliyevin həbsi və Turan İnformasiya Agentliyinin işini dayandırması ilə bağlı bəyanatında belə deyilir. Qrup bu olaydan hiddətini ifadə edir.
"M.Əliyevin həbsi, Turan İA-nin bağlanması Azərbaycan hökumətinin insan haqları və azadlıqlar məsələsində güzəştə getmək fikrində olmadığının növbəti dəfə ultimativ nümayişidir. M.Əliyevin həbsi ilə ölkədə siyasi məhbusların sayı hiddət doğuran həddə çatıb. Bu həbslə İşçi Qrupun araşdırmalarının yekunu olaraq təsdiqlədiyi siyasi məhbusların sayı ən azı 158-ə yüksəlib. Onlardan 10-u jurnalist və bloggerlərdir", bəyanatda deyilir.
Son olayı pisləyən Qrup BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlardan tələb edib ki, avtoritar Azərbaycan hökuməti ilə danışıqlarda və işbirliyində insan haqları və demokratiya məsələsindən alver predmeti kimi istifadə edilməsinə, vətəndaş cəmiyyətinə qarşı repressiyalara göz yumulması siyasətinizə son qoyulsun.
"Biz, Avropa Şurasının Parlament Assambleyasından, Nazirlər Komitəsindən Azərbaycanda siyasi məhbuslarla bağlı məsələnin həllində süründürməçiliyə son qoymağı və ölkədəki ağır duruma adekvat addımlar atmağı tələb edirik. Sizin laqeydliyiniz repressiv hökuməti ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün müstəvini daha da daraltmağa təşviq edir. Biz, ABŞ və Avropa Birliyi ölkələri hökumətlərini Azərbaycanda insan haqlarına qarşı cinayətlər törədən şəxslərə qarşı ünvanlı sanksiyaları tətbiq etməyə çağırırıq", bəyanaytda vurgulanır.
İşçi Qrup həmçinin beynəlxalq maliyyə institutlarını ölkədə vətəndaş cəmiyyətinin normal fəaliyyətinə şərait yarananadək Azərbaycanın həyata keçirdiyi beynəlxalq və yerli xarakterli iqtisadi layihələrə dəstəyi dayandırmağa çağırırıb.
"Beynəlxalq maliyə qurumları göstərəcəyi yardıma şərt olaraq, Azərbaycan hökumətindən özünün insan haqları və azadlıqları ilə bağlı öhdəliklərinə əməl etməsini, bütün siyasi məhbusları azadlığa buraxmasını, vətəndaş cəmiyyətinə basqılara son qoymasını və onların normal fəaliyyəti üçün şərait yaratmasını tələb etməlidirlər".-0-
-
- Foto sessiyalar
- 25 Avqust 2017 22:01
-
- Cəmiyyət
- 25 Avqust 2017 23:38
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz