Məhkəmə Azad Həsənovu həbsdə saxlayıb
Bakı/26.12.18/Turan: Bu gün Xətai Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun ev dustaqlığına keçirilməsilə bağlı vəsatətə baxılıb. Bu barədə Turan-a vəkil Osman Kazımov bildirib. Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyib.
Müdafiə tərəfi bu qərarı əsassız hesab edib və apellyasiya verəcəyini bildirib.
Vəkil təcridxanada A.Həsənovun hüquqlarının pozulduğunu bildirib. Həbsdən sonra ona doğmaları ilə görüş verilmir.
O.Kazımov bildirib ki, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə iki şikayət göndərəcək - qanunsuz həbs və təcridxanada hüquqların pozulması barədə.
Xatırladaq ki, Azad Həsənov 2014-cü ildən siyasi mühacirətdədir. Oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib. Lakin növbəti gün saxlanılıb. Ona qarşı CM-in
234.4.3-cü maddəsi (külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi) ilə cinayət işi açılıb. Oktyabrın 12-də məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirib.
Hüquq müdafiəçiləri A.Həsənovu siyasi məhbus kimi tanıyıblar.-03B06-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz