RATİ Mehman Əliyevin azadlığa buraxılmasına çağırıb
Bakı/25.08.17/Turan: Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) müstəqil Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin saxlanmasını pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.
"Dünən (24-08-2017) Azərbaycanda ən tanınmış və hörmət edilən jurnalistlərdən biri Mehman Əliyev vergilərin ödənilməməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə şübhəli şəxs qismində həbs edilib", - RATİ-nin bəyanatında deyilir.
RATİ əminliklə bildirir ki, Mehman Əliyevin həbsinin arxasında siyasi motivlər durur və bu həbs uzun illər çətinliklərə və hakimiyyətin təzyiqlərinə baxmayaraq, əsl peşəkar və kompromisə getməyən media qurumu kimi öz qüsursuz nüfuzunu qoruyan son müstəqil KİV-in sıradan çıxarılmasına yönəlib.
RATİ hesab edir ki, Mehman Əliyevin saxlanılması son illərdə hökumətə qarşı tənqidi dayandırmaq üçün hakimiyyətin müstəqil media və QHT-lərə qarşı maliyyə və hüquq-mühafizə orqanlarından istifadə etdiyi oxşar ssenari üzrə baş verib.
RATİ Azərbaycan hakimiyyətini bütün haqsız yerə həbs edilmiş media nümayəndələrini, o cümlədən jurnalistlər Mehman Əliyev, Əfqan Muxtarlı, Mehman Hüseynov, Məhbub Zülfüqarlı, Seymur Həzi, Əziz Orucov, Faiq Əmirli, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Əfqan Sadıqov, Elçin İsmayıllı, Cavid Şirəliyev, blogerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, yazıçılar Saday Şəkərli və Tofiq Həsənovu, habelə qraffiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.06D--
-
- Söz istəyirəm
- 25 Avqust 2017 14:07
-
- Siyasət
- 25 Avqust 2017 15:21
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz