Sərhədsiz Reportyorlar: Mehman Əliyev Azərbaycan jurnalizminin pioneridir
Sərhədsiz Reportyorlar təşkilatı Turan informasiya agentliyinin direktoru Mehman Əliyevin "qondarma vergidən yayınma" ittihamları ilə həbs edilməsini pisləyir. Bu barədə bəyanat yaymış təşkilat Əliyevin həbsini rejimin müstəqil media orqanına qarşı "təqib kampaniyasının eskalasiyası" kimi qiymətləndirib.
Təşkilat Mehman Əliyevə qarşı basqıların ayın əvvəlində başlandığını bildirib. "Vergidən yayınma və səlahiyyətlədən sui-istifadə etmə" ittihamları ona qarşı irəli sürülməzdən öncə Əliyev Vergilər Nazirliyinə çağrılmış və dindirilmişdi.
Hökumət ona görə Turana təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər.
Məhkəmə növbəti 48 saat ərzində Mehman Əliyev haqda həbs qətimakn tədrbinin sseçilməsi yaxud onun sərbəst buraxılması haqda qərar qəbul etməlidir.
"Hökumət ona görə Turana təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər," Yohann Bihr, Sərhədsiz reportyorların Şərqi Avropa və orta Asiya bölməsinin rəhbəri deyib.
"Mehman Əliyev Azərbaycanda jurnalizmin pionerlərindən biridir. Onun yeganə cinayəti ölkənin sonuncu müstəqil media orqanına rəhbərlik etməsidir. Biz onun dərhal azad edilməsini və Turana qarşı bütün ittihamların geri götürülməsini tələb edirik."
7 avqustda başlanmış cinayət işində iddia olunur ki, Turan son bir neçə ildə qazandığı gəlirlərin məbləğini gizlədib. Sərhədsiz Reportyorlar istintaq işini xəbər agentliyinə qarşı yönəlmiş təqib əməli kimi pisləyib.-0-
-
- Siyasət
- 24 Avqust 2017 19:25
-
- Söz istəyirəm
- 25 Avqust 2017 09:42
Cəmiyyət
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
Rəy yaz