- Söz istəyirəm
- 25 Avqust 2017, 9:42
- 125
Mehman Əliyevin həbsi ilə bağlı Milli Şuranın bəyanatı
Bu gün saxta ittihamla Milli Şuranın Koordinasia Mərkəzinin üzvü, "Turan" İnformasiya agentliyinin direktoru, ölkənin tanınmış ziyalısı Mehman Əliyev həbs edilib. Bu həbs ölkənin müstəqil fəaliyyət göstərən ən uzun ömürlü agentliyinə, dünya informasiya məkanın böyük etibar qazanmış bir media qurumuna, azad sözə və fəaliyyətə qarşı yönəlmiş repressiya siyasətidir. "Turan" agentliyi öz doğru, dürüst, operativ fəaliyyəti ilə milli informasiya siyasətini formalaşdıran bir media orqanıdır. "Turan" agentliyi yalnız Azərbaycan dilində deyil, ingilis və rus dillərində də məlumatlar və təhlillər yaydığı üçün ölkə haqqında ən obyektiv, ən etibarlı informasiya mənbəyi funksiyasını yerinə yetirir və bütün dünya media qurumları onunla hesablaşır.
"Turan"ı vergi yoxlaması adı ilə susdururlar və Mehman Əliyev də vergidən yayınma və səlahiyyət həddini aşma ittihamı ilə saxlanılıb. Təəssüflər olsun 2014-cü ildən başlayaraq cəmiyyətin və azad medianın susdurulmasında vergi orqanlarından bir vasitə kimi istifadə edilir və bu orqan iqtisadi qurumdan daha çox güc strukturu kimi fəaliyyət göstərir. Mehman Əliyev bu ölkənin ölkənin ən təmiz və namuslu vətəndaşından biridir. O, hakimiyyətin mediaya yardımları bazarından uzaqda dayanmış, ev bölgüsündə iştirak etməmiş, rəhbərlik etdiyi agentliyi və özünü hər hansı formada hakimiyyətdən asılı vəziyyətə salmamaışdır. Hələ həbsindən əvvəl o, hakimiyyət orqanlarından aldığı "ya bizimlə işləməlisiniz ya da "Turan"ı sıradan çıxaracağıq" mesajı açıqca cəmiyyətə çatdırmışdı.
Mehman Əliyev yüksək peşəkarlığı və vətəndaşlıq mövqeyi olan bir mətbuat işçisidir. O, siyasi məhbusların müdafiəsi, vətəndaş cəmiyyətinin məhv edilməsi, qanunsuz həbslərə qarşı öz səsini ucaldan və rəhbərlik etdiyi media qurumunda daim bu xətti aparan peşəkar bir jurnalistdir. Milli Şura bəyan edir ki, Mehman Əliyevin həbsi hakimiyyətin repressiya, azad fikri boğmaq, azad sözü çökdürmək siyasətinin daha ağır mərhələyə daxil olmasının aydın göstəricisidir və bu həbs müasir Azərbaycan tarixinin ən ləkəli bir hadisəsi kimi yadda qalacaqdır. Mehman Əliyev heç bir əsas olmadan saxta ittihamla həbs edilib və onun kimi peşəkar, mədəni, səviyyəli, vicdanlı, dürüst, barışçı bir insanı həbsi bütövlükdə Azərbaycan cəmiyyətinə ağır bir zərbədir. Milli Şura hakimiyyəti bu qanunsuz əməldən çəkinməyə çağırır.
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Rəy yaz