Адвокат Эльчин Садыгов
Vəkilə karserə salınmış müxalifətçi ilə görüş verilməyib
Bakı/28.12.18/Turan: Vəkil Elçin Sadıqov ötən gün AXCP fəalı Fuad Əhmədli ilə görüş ala bilməyib. F.Əhmədli dekabrın 26-da 16 saylı koloniyada 3 sutkalığa karserə salınıb. Bu barədə Turan-a vəkil bildirib.
"Vəziyyətə aydınlıq gətirmək və F.Əhmədlinin durumunu öyrənmək üçün koloniyaya getdim. Ancaq görüşə icazə verilmədi", - vəkil bildirib.
O deyib ki, F.Əhmədlinin hüquqlarının təmin olunması üçün hüquqi prosedurları davam etdirəcək.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
*Fuad Əhmədli 2018-ci il avqustun 17-də "operativ-axtarış fəaliyyəti haqqında qanunun normalarının pozulması", əsasən "Azerfon" mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarının yayılması kimi uydurma ittihamla həbs olunub. Bundan əlavə, onu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.
2017-ci il iyunun 16-da F.Əhmədli 4 il azadlıqdan məhrum edilib. Avqustun 17-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. F.Əhmədli siyasi məhbus kimi tanınıb.-03B06-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz