
Növbədənkənar prezident seçkiləri niyə qəfil elan olundu? – İqbal Ağazadə Çətin sualda
Bakı/08.12.23/Turan: 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər növbədənkənar baş tutub.
Ümid partiyasının sədri İqbal Ağazadə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Rəy yaz