
ABŞ Azərbaycanda jurnalistlərin saxlanılması ilə bağlı narahatlığını bir daha bildirib
ABŞ Azərbaycanda jurnalistlərin saxlanılması ilə bağlı narahatlığını bir daha bildirib
Vaşinqton/15.12.23/Turan: ABŞ KİV-də repressiyalar məsələsini " dəfələrlə " Azərbaycanın qarşısında qaldırıb, cümə axşamı Dövlət Departamentinin nümayəndəsi bildirib.
"Mən hər hansı konkret qarşılıqlı fəaliyyətdən danışmıram, amma biz bu məsələni onlarla dəfələrlə qaldırmışıq", - brifinq zamanı Dövlət Departamentinin nümayəndəsi Metyü Miller KİV-ə qarşı son repressiyalar və həbslər, o cümlədən korrupsiya əleyhinə yazan jurnalisti Hafiz Babalının və digərlərinin həbsilə bağlı Turan-ın sualına cavab verərkən deyib
“Jurnalistlərin saxlanmasıyla bağlı indiki tendensiya dərin narahatlıq doğurur və biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən fikrin ifadə olunması azadlığını həyata keçirənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmağa davam edirik”, - Miller deyib.
Hafiz Babalı son üç həftədə Azərbaycanda həbs olunan yeddinci mətbuat nümayəndəsidir. -0-
Rəy yaz