ABŞ Azərbaycanın siyasi partiyalar haqqında qanunundan “narahatdır”
Vaşinqton/16.03.23/Turan: ABŞ Azərbaycanın siyasi partiyalar haqqında yeni qanunundan narahatdır, bunu cümə axşamı Dövlət Departamenti bildirib, TURANın Vaşinqton müxbiri xəbər verir.
Dövlət Departamentinin sözçüsü Ned Prays Twitter hesabında belə yazıb: “Biz hakimiyyəti Venesiya Komissiyasının və ATƏT-nin tövsiyələrini nəzərə almağa və əsas azadlıqlara, o cümlədən birləşmək azadlığına hörmət etməyə çağırırıq”.
Azərbaycan bu yaxınlarda müxalifətin siyasi fəaliyyəti üçün onsuz da məhdud olan məkanı məhdudlaşdıran yeni qanun qəbul edib.
Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı “Siyasi partiyalar haqqında” qanun ötən ilin sentyabrında təklif edilən ilkin qanun layihəsinin yenilənmiş variantıdır.
Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu yeni qanunu tənqid edərək, onun “ölkədə plüralizmə çəkindirici təsir göstərən bir sıra yeni problemli müddəaları təqdim etdiyini” qeyd edib. -0-
-
- Siyasət
- 17 Mart 2023 08:31
Siyasət
-
Rusiyalı müstəntiqlər, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan 8243 saylı reysin qəzasının raket zərbəsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu barədə istintaqa yaxın mənbələrin yeni məlumatlarına istinadən Azərbaycan hökumətyönlü nəşri AnewZ xəbər verir.
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
Rəy yaz