Avropa Şurasının baş katibi Mehman Əliyevin həbsini pisləyib
Strasburq/25.0817/Turan: Avropa Şurasının baş katibi Tornbörn Yaqland Turan agentliyinin direktoru Mehman Əliyevin həbsilə əlaqədar bəyanatla çıxış edib.
"Mənə bildirdilər ki, tanınmış jurnalist, Turan agentliyinin direktoru dünən vergidən yayınma ittihamı ilə saxlanılıb. Saxlanmadan öncə Turan-da axtarış aparılıb.
Agentliyin hesabları dondurulub ki, bu da kollektivi sentyabrın 1-dən işi dayandırmağa məcbur edib", - bəyanatda vurğulanır.
"Avropa Şurası saxlanılan şəxs dövlətin və ya onun vətəndaşlarının təhlükəsizliyinə qorxu yaratmadığı halda lazımsız həbslərə yol verilməməsi üçün cəzaların yumşaldılması istiqamətində Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq edir. Bu təşəbbüs prezidentin qərarının tərkib hissəsidir və bu qərar Azərbaycan hakimiyyəti tərəfindən rəsmən Avropa Şurasına təqdim edilib.
Mən Azərbaycan hakimiyyətini Avropa Şurası ilə əməkdaşlıq ruhuna hörmətlə yanaşmağa və demokratik cəmiyyətlə bağlı öz öhdəliklərini tam yerinə yetirməyə çağırıram.
Mətbuat və jurnalistlər təqib və ya əsassız müdaxilə təhlükəsi olmadan öz vəzifələrini sərbəst yerinə yetirmək imkanlarına malik olmalıdır", - T.Yaqland bildirib.-02D-
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz