Fransa XİN Mehman Əliyevin həbsini pisləyib
Paris/25.08.17/Turan: Fransa Xarici İşlər Nazirliyi Turan agentliyinin direktoru Mehman Əliyevin həbsilə bağlı bəyanat yayıb.
"Biz avqustun 24-də Bakıda Mehman Əliyevin həbs olunmasından narahatıq.
Fransa Azərbaycan hakimiyyətini öz beynəlxalq öhdəliklərinə, xüsusilə mətbuat azadlığına zəmanət və hörmətlə yanaşılması, hüquqi sistemin müstəqilliyi məsələlərində öz öhdəliklərinə hörmətlə yanaşmağa, həmçinin təqsirsizlik prezumpsiyasına əməl olunmasına çağırır", - Turan agentliyinə daxil olan bəyanatda deyilir.-02D-
Siyasət
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
Rəy yaz