Vergilər Nazirliyinin Mehman Əliyevin işi üzrə bağlı məlumatı
Bakı/25.08.17/Turan: Vergilər Nazirliyi Turan agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar məlumat yayıb. Məlumatda deyilir ki, vergi yoxlamalarının nəticələrinə əsasən Turan agentliyinə qarşı CM-in 213.1-ci maddəsi (vergi ödəməkdən yayınma) ilə cinayət işi başlayıb. Bildirilir ki, guya M.Əliyev qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə "Qrant haqqında" qanunun tələblərini pozub.
Əsasən 2010-2014-cü illərdə qrant müqavilələri üzrə 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək dövlətin mənafelərinə mühüm zərər vurub.
Bundan əlavə, 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilmişdir.
M.Əliyevə qarşı CM-in 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Mehman Əliyev ittihamları qəti şəkildə rədd edərək onları siyasi motivli adlandırıb.-06D--
Siyasət
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
-
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Rəy yaz