![Piketdə saxlanılan beş nəfər buraxılmayıb](https://turan.az/resized/media/2019/main/100900022215-750-500-resize.webp)
Piketdə saxlanılan beş nəfər buraxılmayıb
Bakı/09.10.19/Turan: Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin önündə keçirilən piket zamanı saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərin hamısı sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən partiyanın funksioneri İlham Hüseynin sözlərinə görə, piketdən əvvəl saxlınılan iki partiya üzvü - Elzamin Salayev və Elxan Əliyev 15 sutka inzibati qaydada həbs olundular, Nemət Abbasov isə Səbail rayon Məhkəməsinin qərarı ilə 60 manat məbləğində cərimə olundu.
Hüseynin sözlərinə görə, piketdə iştirak edən partiya üzvü olmayan 5 nəfər hələ də azadlığa buraxılmayıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək hələlik mümkün olmayıb. -06D--
-
- Cəmiyyət
- 9 Oktyabr 2019 20:38
Siyasət
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
Rəy yaz