
Üç jurnalist Abzas Media-nın işi üzrə dindirilməyə çağırılıb
Eyni vaxtda üç jurnalist dindirilmə üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. İnarə Hümbətova aprelin 16-da, Şəms Hacıyeva və Mina Əliyarlı isə 17-də dəvət olunub.
Abzas Media-nın Facebook səhifəsindəki paylaşımda deyilir ki, onları Ağır Cinayətlər İdarəsinin müstəntiqi Toğrul Hüseynov dəvət edib.
Əliyarlı 2023-cü ilin noyabrında artıq Abzas Media-nın işi üzrə dindirilib.
İnarə Hümbətova və Şəms Hacıyevaya gəlincə, onların Abzas Media ilə heç bir əlaqəsi yoxdur.
Buna qədər - aprelin 10-da jurnalist İsmayıl Tağıyev dindirilməyə çağırılıb.
Rəy yaz