DTİHB-nin qiymətləndirmə missiyası seçkiqabağı vəziyyəti öyrənəcək
Bakı/19.02.18/Turan: ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənmək üçün öz qiymətləndirmə missiyasını göndərəcək. Missiya Bakıda fevralın 21-22-də olacaq. Bu barədə DTİHB-nin məlumatında bildirilir.
Missiyanın səfərin yekunlarına dair məruzəsi iki həftə ərzində hazır olacaq.
Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək.-16D-
-
- Çətin sual
- 19 Fevral 2018 16:29
-
- Maliyyə
- 19 Fevral 2018 16:45
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz