ТАСС
1941- ci ildə 9 092 000 nəfər əhalisi ilə İkinci Dünya Müharibəsinə daxil olan sovet respublikası onun dörddə birini itirib, 2019-cu ildə isə əhalinin sayı müharibədən əvvəlki sayı az üstələyib -9 475 702. BMT təsis ediləndən Belorusiya bu nüfuzlu beynəlxalq qurumun üzvü olub. 207 595 kv. km ərazisi Ukraynanın ərazisindən təxminən üç dəfə azdır. 70-ci illərin ikinci yarısından Belorusiya SSR nəinki dotasiyalı deyildi, həm də özünün ümumi ÜDM-nin dörddə birinə qədərini digər müttəfiq respublikaların subsidiyalarına transformasiya edirdi.
1990-cı illərin ikinci yarısında respublika hökuməti “şok terapiyası” siyasətindən imtina etdi və sosialyönlü bazar iqtisadiyyatının Belarus modelinin yaradılmasına keçdi. Bu, Belarusun xalq təsərrüfatı sistemini canlandırmağa imkan verdi. Belarus Respublikası SSRİ-nin süqutu ilə nəticələnən iqtisadi böhranın təsirlərini aradan qaldıran ilk MDB ölkələrindən biridir, iqtisadi və sosial potensialın artırılması tempində lider mövqe tutub. Ölkə keçid dövrünün bir çox məsrəflərindən qaçaraq sosial siyasətin həyata keçirilməsində şübhəsiz uğurlar əldə edib. Ölkə rəhbərliyi təhsil və səhiyyə sistemlərinin normal fəaliyyətini təmin edə bilib, keyfiyyətli infrastruktur qurmağa müvəffəq olub. Lakin müasir mərhələdə istər ümumdünya iqtisadi böhranı və pandemiya ilə əlaqədar, istərsə də görünür, Belarus siyasi modelinin innovasiya potensialının tükənməsi ilə əlaqədar iqtisadi və sosial inkişafın şübhəsiz durğun tendensiyaları üzə çıxıb.
Belarusa qarşı laqeyd insanlar və ölkələr yoxdur: ya sizə ümumxalq rifah dövləti haqda bir poema danışacaqlar, ya da totalitarizmə doğru sürüşən, Avropanın son diktatorunun rəhbərlik etdiyi avtokratiya haqda dəhşətli nağıl danışacaqlar. Bir müddət təbliğat haqda unudun, bu qiymətləndirmələr ən tanınmış yerli və beynəlxalq mütəxəssislərdən gəlir.
Belarusa qarşı laqeyd siyasətçilər və dövlətlər də yoxdur: onların qiymətləndirmələri də ziddiyyətlidir, lakin bunlar onların öz dövlətlərinin milli maraqları anlayışının dərinliklərindən gəlir.
Siyasi planda Belarus Rusiya ilə Qərb arasında manevr texnologiyası potensialını tükədib, buna görə də ölkənin xarici siyasət kursunun qəti korrelyasiyası problemi ortaya çıxır. Belə korrelyasiya müddətinin növbəti prezident seçkiləri ilə üst-üstə düşməsi vəziyyətə xüsusi dramatizm verir.
Əslində, qarşıdan gələn seçkiləri növbəti adlandırmaq çox çətindir, çünki ilk dəfə demək olar ki, bütün müxalifət qüvvələrini bir namizəd ətrafında toplamağa müvəffəq oldu və belə təəssürat yaranır ki, şəxsən A. Lukaşenko və onun güclü ətrafı tərəfindən düşünülmüş “qələbə”nin bütün texnologiyaları, sadəcə, öz fəaliyyətini dayandırıb. Bəlkə buna görədir ki, hazırkı hökumət, nəhayət, seçkilərin və ya onların nəticələrinin ləğvi ssenarisinə əl atmağa imkan verən fövqəladə texnologiyalara üz tutur.
Həmin texnologiyalar arasında “Vaqner operası” adlandırılan da var: Minskə gəlmiş özəl hərbi şirkətin (ÖHŞ) rusiyalı muzdlu qrupundan 33 nəfərin qarşıdakı prezident seçkilərində müxalifəti dəstəkləməkdə ittiham olunması. “Vaqner” ÖHŞ üzvlərinin Belarusa gəlişinin üç məqsədindən birini bilməyimiz üçün bir müddət lazmdır (artıq seçkilərdən sonra): “qeyri-pandemiya” Minskinin aeroportları vasitəsilə növbəti qaynar nöqtəyə getmək, 37 yaşlı evdar qadın Svetlana Tixanovskayanın prezident olmaq səylərinin dəstəklənməsi və ya Aleksandr Lukaşenkonun banal olaraq dəstəklənməsi. Bədxahlar, ümumiyyətlə, bildirirlər ki, muzdluları “məhz ona görə göndəriblər ki, onları tutsunlar”. Lakin Moskva ilə Minsk arasında münasibətlərin 2014-cü ildən - Belarusun Rusiya və Qərb arasında, Kiyev və açıq ekspansiya siyasətinə başlamış Moskva arasında balans yaratmalı olduğu vaxtdan bəri- qarşıdurmanın pik həddinə çatdığını söyləmək üçün bu o qədər də vacib deyil. Və bu, müttəfiq konfederativ dövlətin yaradılması layihəsinin Minskin gözündə Belarusun nəhəng qonşusu tərəfindən udulması proseduruna getdikcə daha çox çevrildiyi bir şəraitdə baş verib. “Moskvanın müdaxiləsi” ndən istifadə variantlarından biri pis nəticənin (və ya onların yekunların) qabaqcadan hiss olunduğu təqdirdə seçkilərin ləğvidir.
Kirk Bennett (Dövlət Departamentinin istefada olan əməkdaşı, postsovet ölkələrinə kuratorluq edib) Lukaşenko haqda yazır (The American Interest, ABŞ): “O, kənd zəhmətkeşləri və fəhlə sinfinin seçiciləri, həmçinin pensiyaçılar arasında real populyarlığa malik idi.. Lukaşenko sovet sabitliyinin qaytarılması üçün ümumi Belarus istəyinin simvolu oldu və bu mənada “batka” öz hakimiyyətini qorumaq üçün kütləvi repressiyalara o qədər də ehtiyac duymadı. Ona hər zaman öz vaxtında bir neçə yüksək dəqiqlikli repressiv hərəkətlər kifayət edirdi”. K.Bennetin fikrincə, amma bu gün Lukaşenkonun ətrafında bir zəiflik aurası formalaşmağa başladı, çünki hansısa məqamda sabitlik Belarusda islahatlar və liderin dəyişdirilməsini tələb edən durğunluğa çevrildi. Bu zəiflik konfederasiya ideyasına (daha dəqiqi Belarusa) $100 mlrd. dollar sərmayə qoyan və hazırda Lukaşenkonu ittifaqa məcbur etmək üçün güc metodlarını axtarmağa məcbur olan Moskvanın artan narazılığı ilə güclənir. Bu metodlardan biri -Lukaşenkonun keçmiş və bugünkü ətrafından olan insanlara (“Qazprombank”ın sədri Viktor Babariko, xarici işlər nazirinin keçmiş birinci müavini və Belarusun ABŞ - dakı keçmiş səfiri Valeri Sepkalo) stavka etmək sanki uğurla dəf edilsə də, əvəzində Lukaşenko birləşmiş müxalifət cəbhəsi qazandı. Bununla da “batka” öz əsas kozırını verdi və indi qərarı Putin verməlidir: Lukaşenkonu postsovet reinteqrasiyası dramının hazırkı siması kimi saxlasın, yoxsa onu daha itaətkar personajla əvəz etsin.
Bununla əlaqədar analitiklər Belarus seçkilərinin destabilləşdirilmiş nəticələrinə Rusiyanın hərbi müdaxiləsinə qədər ən müxtəlif ssenariləri nəzərdən keçirirlər və 2014-cü ildə Ukrayna ilə baş verənləri xatırladırlar. Rusiyanın Belarus ərazisində qoşunları və iki ölkə arasında açıq sərhəd var. Belarusa hərbi müdaxilə ssenarisi Qərb analitikləri tərəfindən də nəzərdən keçirilir, baxmayaraq ki, onların əksəriyyəti hesab edir ki, bu, proqnoz deyil, cəmiyyətin və siyasi müxalifətin konsolidasiyası məqsədilə xəbərdarlıqdır.
İstənilən halda, görünən odur ki, qarşıdakı seçkilər Belarusda istər öz yekunlarına, istərsə də yaxın gələcəyin nəticələrinə görə ən qeyri-adi seçki olacaq. Hətta Lukaşenko seçicilərin 20-25% dəstəyilə qalib gələrsə belə, onun qarşısında sərt alternativ qalacaq: potensialı demək olar ki, tükənmiş repressiyaları davam etdirmək, yoxsa bu namizədin seçkiqabağı nitqlərində söylədiyi və ən kiçik təsəvvürə malik olduğu islahatlara başlamaq... Politoloqlar hesab edirlər ki, Belarusun bugünkü siyasi lideri dəyişiklik istəyənlərə heç nə təklif edə bilməz. Onun keçmişə müraciəti isə cəmiyyətdə artıq təəssüf hissi yaratmır.
Belarusun avqustun 9-da nümayiş etdirəcəyi nümunə MDB-də birləşmiş bütün postsovet ölkələri üçün dərs olacaq. Bu gün Belarusda seçki kampaniyasına əvvəllər siyasətlə maraqlanmayan, lakin kimin prezident ola biləcəyilə bağlı onların fikirlərinə məhəl qoyulmamasından hiddətlənən çoxlu sayda vətəndaş qoşulub.
Repressiyalar əksinə, bütövlükdə qanuna tabe elektoratı dəyişdirib, belə ki, indi o, öz dəyişiklik istəklərini təsdiqləməyin heç də qanuni metodlarına diqqət yetirə bilmir. Bunun sübutu növbəti barışığın səmərəsiz olduğunu anlamaq, seçkiləri boykotdan imtina etmək və elektoratın qələbə qazandığı halda, müxtəlif yollarla bu imkandan məhrum olanların iştirakı ilə yeni seçkilər keçirməyi vəd edən bir müxalifətçi namizədin ətrafında birləşməsidir.
Müstəqil analitik Sergey Çalıyın dediyi kimi, Aleksandr Lukaşenko seçkilərdə qələbədən sonra çətin ki xalqın sevgisini qaytara bilsin, almağa isə pul yoxdur.
Rəy yaz