Daxili bazarı qorumaq üçün təcili tədbirlər görülməlidir
-
- İqtisadiyyat
- 12 Dekabr 2024 17:55
Kənd təsərrüfatı
-
Getməkdə olan 2024-cü ildə Azərbaycan daha çox, rekord səviyyədə yeyinti məhsulları idxal etmişdir. Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin 11 ayında yeyinti məhsulları idxalı 10,8% artmışdır. Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumata əsasən, apardığımız hesablamalar göstərdi ki, bu ilin 11 ayında ölkəyə 2 milyard 192 milyon 644 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdir ki, bu da keçən ilin anoloji dövrü (1 978 667 min dollar) ilə müqayisədə 213,9 milyon dollar çoxdur.
-
Dövlət Statistika Komitəsinun bu günlərdə yaydığı məlumatda qeyd edilir ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 12 milyard 216 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur. Komitənin yaydığı məlumatda o da qeyd edir ki, son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,6 % artaraq 6 milyard 23 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,4 % artaraq 6 milyard 192 milyon manat təşkil edib.
-
Azərbaycan parlamenti Qarabağın işağldan azad olunmuş ərazilərində mövcud kənd təsərrüfatı torpaqlarının sahibkarlıq subyektlərinə icarəyə verilməsi prosedurlarını dəyişib, daha doğrusu, bu sahədəki natamam hüquqi tənizmləməni aradan qaldıraraq “Torpaq icarəsi haqqında” qanuna müvafiq əlavələri qəbul edib, Prezident isə hüquqi və fiziki şəxslərə investisiya müsabiqələri vasitəsilə icarə torpaq ayrılmasını nəzərdə tutan qaydaları fərmanla təsdiqləyib.
-
Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-oktyabr aylarında ət istehsalının diri çəkidə 491,4 min ton təşkil etdiyini və bu göstəricinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% çox olduğunu qeyd etmişdir. Statistika Komitəsinin məlumatına əsasən apardığımız hesablamalar göstərir ki, bu ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı diri çəkidə 6 min ton artıb. DSK bu ilin ilk 10 ayında ət istehsalında artım göstərdiyi halda, ət idxalı ciddi şəkildə artmışdır. Belə ki, Gömrük Komitəsinin məlumatına əsasən apardığımız hesablamalar göstərir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ət idxalı fiziki çəkidə 38,3%, dəyər ifadəsində isə 49,7% artmışdır. Həm ət istehsalının, həm də idxalının ciddi artımına baxmayaraq, 10 aydır ki, ölkədə ətin qiyməti davamlı olaraq artır.
Rəy yaz