РИА Новости

РИА Новости

Martın 10-da Antalyada Türkiyə Xarici İşlər Nazirliyinin vasitəçiliyilə keçirilmiş Rusiya və Ukrayna xarici işlər nazirlərinin danışıqları Ukraynada hadisələrin gedişatına dəyişiklik gətirməsə də - döyüşən orduların Baş qərargahlarının məlumatlarında hərbi əməliyyatların əvvəlki tempi və gərginliyi qalır - danışıqların baş tutması faktının özü danışıqlar prosesinin xeyrinə addım sayıla bilər.

Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının bəyanatı da təsdiqləyir. O bildirib ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun Antalyada təşkil  etdiyi görüşü Rusiya və Ukrayna liderləri arasında siyasi danışıqlara zəmin yaradacaq addım kimi qiymətləndirir.

Daha sonra o qeyd edib ki, Antalyada Xarici İşlər nazirliklərinin rəhbərləri Dmitri Kuleba və Sergey Lavrovun görüşü göstərdi ki, tərəflər danışıqları davam etdirməyə hazırdır. "Lavrov dedi ki, prezident Putin tərəddüd etmədən Zelenski ilə görüşəcək. Bunu yaxşı əlamət hesab edirəm. Bunun gec-tez baş verəcəyini güman etməyə əsas var".

Kremlin mətbuat katibi Dmitri Peskov da bu bəyanata yaxın olan fikir söyləyib. O, Putinin Zelenski ilə görüşünü istisna etməyib. "Putin və Zelenskinin görüşünü heç kim istisna etmir, konseptual olaraq mümkündür, amma əvvəlcə danışıqları aparanlar öz üzərinə düşəni etməlidirlər".

Kalın cümə günü CNN International-ın birbaşa efirində vasitəçilik səylərinin davam edəcəyini bildirib. “Bizim çoxşaxəli diplomatik təşəbbüslərimiz davam edəcək. Belə bir müharibədə iştirak etdiyiniz zaman çoxsəviyyəli diplomatiya hər zaman vacibdir, faydalıdır və müharibədən dəyən ziyanın minimuma endirilməsi, hərbi təcavüzün gec-tez dayandırılması üçün də vacibdir”.

Ərdoğanın mətbuat katibi Türkiyənin gələcək danışıqlarda Rusiya və Ukrayna arasında vasitəçi olub-olmayacağı ilə bağlı bu fikri söyləyib: "Bu müharibənin dayandırılması barədə yekun qərarı prezident Putin qəbul edəcək".

Bloomberg-in məlumatına görə,  Putin Yaxın Şərqdən yaraqlılar göndərəcəyini bəyan etdikdən bir neçə saat sonra Ukrayna ilə danışıqlarda "müsbət irəliləyişləri" qeyd edib. Muzdlular haqda bəyanat martın 11-də günün birinci yarısında KİV-də yayılıb. Müsbət irəliləyişlər haqda isə Moskvada belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bildirib.

Putini "müsbət irəliləyişlər" sözünü işlətməyə nə vadar etdiyi tam aydın deyil. Prezident Zelenskinin barəsində danışmağa hazır olduğu  kompromislərdən başqa, Putinin düşüncəsindəki müsbət irəliləyişə döyüş meydanlarından, neftin qiymətinin ucuzlaşmasını qeydə alan neft birjasından xoş olmayan xəbərlər,  bərbad iqtisadiyyat, müharibənin dayandırılmasına daha açıq şəkildə çağıran Rusiya elitalarının narazılığı təsir göstərə bilərdi.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti