Nəticəvi dəyərləndirmə baxımından yanaşanda tədiyyə balansındakı hər hansı axınların həcmi ölkənin valyuta ehtiyatlarının artıb və azalmasını müəyyənləşdirir. Tədiyyə balansındakı hər hansı bir məlumatlar ölkənin xarici iqtisadi fəaliyyəti haqqında aydın təsəvvürlərin yaranması baxımından olduqca vacibdir.
Mərkəzi Bankın məlumatlarına görə 2020-ci ilin 1-ci rübündə Azərbaycanının tədiyyə balansında 1 milyard 343 milyon 500 min dollar kəsir yaranıb. Halbuki, 2019-ci ilin 1-ci rübündə tədiyyə balansında 2 milyard 19 milyon dollar profisit formalaşmışdı. Cari ildə yaranmış kəsrin səbəbi kimi ixracatda dominnat olan neft və neft məhsullarının azalması və idxalın artması ilə birbaşa əlaqəli olmuşdur.
Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Kəsir - ölkədən çıxan valyutanın ölkəyə daxil olan valyutanı üstələməsinin nəticəsidir. 2020-ci ilin birinci rübündə Azərbaycandan xaricə göçürülmüş pul transfertləri 2019-cu ilin analoji rübü ilə müqayisədə 37 faiz artmışdır. Əksi prosesə diqqət edək. Eyni dövrdə isə xarici ölkələrdən Azərbaycana göndərilmiş pul vəsaitləri isə 12,5 faiz azalmışdır. Xaricə göndərilmiş pul vəsaitlərinin 46% Türkiyə və Rusiyaya gedib. Deməli vəsaitlərin təxminən yarısı bu iki qonşu ölkənin payına düşüb. Xaricdən isə ölkəmizə gələn vəsaitlərin yarıdan çoxu – 51% məhz qonşu Rusiyadan daxil olub. Bu təkcə bir iqtisadi göstərici deyil. Həmdə miqrasiyanın vektonunun görsinişidir. Ölkəmizdən iş dalınca hansı ölkəyə gedənlərin coğrafiyasın ifadə edir. Buradan çıxarılan digər bir nəticə ondan ibarətdir ki, ölkəmizə daxil olan maliyyə transfertlərindən daha çox xarici çıxış həcmi daha çoxdur. Konkret desək, ölkədən kənara mühacir kapitalın axın səviyyəsi xeyli yüksəlib.
Ödənişlər balansının idxalı və ixracının strukturu haqqənda əvvəlki yazılarımızda məlumat vermişdik. Təhlil etdmədiyimiz hissə Xidmətlər Balansının strukturu ilə bağlı olduğundan indi onları dəyərləndirib təhlil edək.
2020-ci ilin 1-ci rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2.2 milyard dollar təşkil etmişdir. Bunun 1.5 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0.7 milyard dollar isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 1.7 dəfə artaraq 0.8 milyard dollar olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 634.3 milyon dollar olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 192.2 milyon olmuşdur. Bu həm də onu göstərir ki. qeyri-neft sektorunda xidmət göstərən bazar iştirakçılarının potensialı azalır.
2020-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 18% azalaraq 549 milyon dollar təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (281.7 milyon dollar) ixracı (267.4 milyon dollar) üstələməsi nəticəsində 14.3 milyon dollar (ö.i.m.d.n. 2.3 dəfə azalma) həcmində kəsir yaranmışdır. Bu həm də o deməkdir ki, ölkəmizdə turizm xidmətlərindən əldə olunan gəlir 15 nisbətilə azalıb. Hesabat dövrü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 23%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15% azalmışdır.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 30%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Nəqliyyat xidməti ilə bağlı təhlillərimiz onu göstərir ki, cari dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü üzrə nisbətdə 0.2% azalmış, idxalı isə 44.7% artmışdır. Nəticədə bu maddə üzrə 2019-cu ilin I rübündə 27.1 milyon dollar olan kəsir 2020-ci ilin I rübündə 5.4 dəfə artaraq 146 milyon dollar təşkil etmişdir.
Statistik müqayisədən çıxış edərək söyləyə bilərik ki, tədiyyə balansında kəsrin yarandığı 2015-ci ilin devlvasiya qərarlarına bağlı olub. 2015-ci ilin I və IV rübündə və 2016-cı ilin I rübündə olub. Həmin dövrdən 2020-ci ilin I rübünə qədər bütün rüblərdə istisnasız profisit qeydə alınıb. Başqa sözlə ölkəmizə gələn valyuta həcmi çıxan valyuta həcmini üstələyib. Bu nöqeyri-nəzərdən biz cari ilin I rübündəki defisiti yalnız 2015-ci ilin devalvasiya qərarının təsir etdiyi zamanla müqayisə edə bilərik.
Nəticə və proqnoz: Cari ilin I rübünün nəticələrindən çıxış edərək proqnozlaşdıra bilərik ki, II rübün faktik nəticələri daha ağır olacaq. Çünki birinci rübün sonlarına yaxın neftin qiymət konyukturası kəskin dəyişdi. İki aylıq ortalama neft qiymətləri makroiqtisadi göstəriiclərin pisləşməsi üçün ciddi əsas sayılmırdı. Lakin sonuncu ayın göstəriciləri I rübün nəticələrini kəskin sürətdə dəyişdi. II rübdə isə neftin qiyməti 30-35 dollardan yuxarı olmayıb.
Məhəmməd Talıblı
Rəy yaz