president.az

president.az

Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədovun Azərbaycana avqustun 9-da baş tutan səfəri hər iki ölkə, xalq və liderlər üçün çətin dövrə təsadüf edib.

Hər iki neft-qaz dövləti neft qiymətlərinin iki dəfədən çox ucuzlaşması və enerji daşıyıcılarının uzun müddət yüksək qiymətlərdə qalacağı haqqında proqnozlara əsaslanmış yanlış iqtisadi siyasətləri və oliqarxiya iqtisadiyyatı qurmaları nəticəsində dərin iqtisadi böhrana düşüb.

Enerji resurslarının qiymətlərinin ucuzlaşmasından əlavə, hər iki ölkə istədikləri həcmdə neft və qazı dünya bazarlarına çatdırmaqda problemlər yaşayır. Əsas ixrac məhsulu qaz olan Türkmənistan Rusiya və İranla fikir ayrılıqları və əsas ixracçı olan Çinin türkmən qazının idxalını artırmaq üçün əlavə infrastruktura investisiya ayırmaqdan imtina etməsi ilə əlaqədar illik 30 mlrd. kub mavi yanacaq tədarükü ilə məhdudlaşıb. Azərbaycan isə neft hasilatı həcminin azalması problemi yaşayır - bu ilin ilk yarısında 1,5 ton 800 mln. kub metrə qədər azalma var.

Buna baxmayaraq, Bakıda rəsmi tədbirlərdə hər iki lider bir-birini uğurlu iqtisadi inkişaf və çiçəklənmə haqqında mədhlər yağışına tutmuşdu, daxili işlərlə bağlı xaricdə sakitlik nümayiş etdirirdilər.

"Son illər Sizin rəhbərliyiniz altında Türkmənistan uğurlu inkişaf yolu keçib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Bu gün dinamik şəkildə inkişaf edən ölkənizin əldə etdiyi uğurlar dövlət quruculuğu, sosial, iqtisadi, humanitar və s. sahələri əhatə edir. Qonşu Türkmənistanın bu uğurları bizi sevindirir", deyə prezident İlham Əliyev bildirib.

"İlham Heydər oğlu ölkəyə əminliklə rəhbərlik edərək, haqqı ilə regionda və dünyada layiqli hörmət qazanıb", deyə Berdıməhəmmədov qeyd edib.

Amma qeyd etmək lazımdır ki, problemli iqtisadi vəziyyət tərəfləri əməkdaşdığa sövq edir. Həmkarlar ikitərəfli potensiallardan istifadə haqqında ciddi düşünürlər. Türkmənistan energetika xammallarının ixracı məqsədilə marşrutların gələcək diversifikasiyasında maraqlıdır, xüsusən, indiyə qədər geosiyasi səbəblərdən bağlı olan Qərb istiqamətində. Azərbaycan isə öz ərazisindən böyük həcmdə Türkmənistan qazının tranzitinə marağını ifadə edir. Hələlik 2016-cı ildə Türkmənistan İrandan tranzitlə Azərbaycana təxminən 1,5 mlrd. kub qaz göndərib. Quru yolu ilə tranzit imkanları böyük deyil, həm də baha başa gəlir.

Prinsipcə, Berdıməhəmmədov Bakıdakı nitqində belə bir maraq haqqında danışıb, ehtiyatla qeyd edib ki, bu maraq Xəzəryanı ölkələrin beştərəfli əməkdaşlığı nəzərə alınmaqla həyata keçiriləcək. Aşqabad üçün Qərbə gedən yolu Rusiyanın 2016-cı ildən etibarən Türkmənistan qazı almaqdan imtina etməsi və bu il Türkmənistan qazının alınması haqqında sazişi uzatmayan İranla nəticəsiz qalan danışıqlar açır. Praktiki olaraq, şərait Berdıməhəməmmədovu Avropanın qoynuna itələyir, Avropa isə fürsəti görərək, ötən ilin yazından etibarən Azərbaycan və Türkmənistanın iştirakı ilə Avropa Komissiyası səviyyəsində Avropa qitəsinə qaz nəqli haqqında üçtərəfli danışıqları fəallaşdırıb.

Bu vəziyyətdə iki regional oyunçu - Rusiya və İran, çətin ki, hələ 1999-cu ildə ATƏT-in İstanbul Sammitində həyata keçirilməsi haqqında qərar qəbul edilmiş Transxəzər boru kəməri layihəsinə mane olsun. Son bir neçə ildə onların addımları əslində Türkmənistanın qərb istiqamətində sıxışdırılması effekti yaradır. Enerji daşıyıcılarının qiymətinin və Avropanın qaz tələbatının azalması nəticəsində Moskvanın mövqeyi dəyişib, Rusiya ən çox öz malının satşında maraqlıdır və Türkmənistan qazını rəqib kimi görür. Dünyada qaz ehtiyatları həcminə görə az qala ikinci yeri tutan İran isə tədricən öz hasilatını artırır. Həm də əvvəllər Transxəzər qaz kəmərinin tikintisinə mane olan hər iki mühüm region oyunçusu böhran şəraitində ABŞ və Aİ ilə daha səmərəli münasibətlər qurmağa çalışır.

Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsinə həm də tərəflərin Xəzərin Türkmənistan və Azərbaycan sahillərindən aralı yerləşən bir sıra yataqların mənsubiyyəti haqqında 20 ildən çoxdur davam edən mübahisəsi ilə bağlı ikitərəfli problem də mane olur. 2007-ci ildə Berdıməhəmmədov hakimiyyətə gəldikdən sonra tərəflər bu mövzunu yenidən qaldırsalar da, konsensus istiqamətində bir addım belə irəliləməyiblər. Amma etiraf etmək lazımdır ki, Aşqabad bu mübahisəni beynəlxalq məhkəmədə həll etməyə və onun istənilən qərarını qəbul etməyə razılaşıb ki, bu da irəliyə doğru mühüm bir addımdır.

Bütün bunlara baxmayaraq, tərəflər heç vaxt Xəzərdə Türkmənistan-Azərbaycan münaqişə düyününün çözülməsinə və mübahisəli yataqlar məsələsi də daxil olmaqla, onun boru kəmərləri, nəqliyyat əlaqələri və birgə layihələr qovşağına çevrilməsinə bu qədər yaxın olmamışdılar.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti