Bundan sonra özəlləşdirilən əmlak bazar şərtləri ilə qiymətlərndiriləcək
Nazirlər Kabinetinin 5 oktyabr tarixli qərarına əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiyməti bazar prinsipi ilə hesablanacaq.
2001-ci ildən qüvvədə olan qaydalara əsasən, əmlakın qiyməti inventar qiyməti nəzərə alınmaqla hesablanıb. Özəlləşdirilən dövlət və özəl müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiyməti 1998-ci ildən normativ qiymət ilə hesabalnıb.
Hökumətin qərarına əsasən, özəlləşdirilən dövlət müəssisələrinin start qiyməti daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin müəssisələrin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq həyata keçirilir.
Bu qanun əmlakın bazar tələbinə uyğun qiymətləndirilməsini müəyyən edir. Bu, başqa daşınmaz əmlak, nəqliyyat vasitələri və avadanlıqlara da aiddir.
Maraqlıdır ki, oktyabrın 7-də Əmlak Məsələləri Dövlət Komitəsi 51 daşınmaz əmlak obyektinin satışı üzrə hərrac elan edib və onlar bazar şərtləri ilə qiymətləndirilib. Məsələn, Yasamalda 57 m2-lik qeyri-yaşayış sahəsi 200 min manat və ya 1 kv m-i 3466 manat qiymətləndirilib. Son vaxtlara qədər bu qədər ərazisi olan sahələri ƏMDK-də hərrac vasitəsilə 20 min manatadək qiymətləndirmək olardı. 08B
-
- Siyasət
- 11 Oktyabr 2016 17:57
-
- İqtisadiyyat
- 11 Oktyabr 2016 18:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz