Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Qərara görə, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir.
Dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən təqdim edilmiş məlumatlar, habelə Şuranın Katibliyi tərəfindən istifadə olunan informasiya mənbələri dərman vasitələrinin qiymətləri barədə müfəssəl məlumatların əldə olunmasına imkan vermədikdə, dərman vasitələrinin qiymətlərinin monitorinqi üzrə ixtisaslaşmış təşkilatların xidmətlərindən istifadə olunur.
Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri Şura tərəfindən ƏDV daxil olmaqla təsdiq edilir.
Dərman preparatlarının topdansatış və pərakəndə qitmətləri aşağıdakı qaydada müəyyən ediləcək:
Dərman vasitəsinin ölkədaxili topdansatış müəssisəsinə satış qiyməti
| Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə | Aptek təşkilatları üçün əlavələr |
5 manata qədər olduqda 5 manat daxil olduqda | 20% | 20 % |
5-20 manat (daxil olduqda) | 1 manat + 5 manatdan çox məbləğin 17%-i | 20% |
20-50 manat (daxil olduqda) | 3,55 manat + 20 manatdan çox məbləğin 13%-i | 20% |
50-100 manat (daxil olduqda) | 7,45 manat + 50 manatdan çox məbləğin 7%-i | 11,49 manat + 57,45 manatdan çox məbləğin 13%-i |
100 manatdan çox | 10,95 manat + 100 manatdan çox məbləğin 3%i | 18,45 manat + 110,95 manatdan çox məbləğin 11%-i |
Rəy yaz