Dünya pambıq bazarında 2011-ci ildən başlayan dinamik proseslər Azərbaycan fermerlərinin cibindən yan keçir. İnhisarçılar fermerləri pambığı köhnə qiymətə satmağa məcbur edirlər.
Ötən il Azərbaycan pambıq lifi birjalarda 4 minə olub, amma pambıq şirkətləri utanmadan pambığın tonunu 420 manata (1 tondan 36% lif çıxır) alıb. Bu il pambıq əkilməsi üzrə bir sıra xidmət və mallar bahalanıb. Amma pambıq şirkətləri qiyməti qaldırmır. Pambıq alışı üzrə müqavilələr əvvəlki qiymətlə bağlanır. Rentabellilik üçün 1 ha-dan məhsuldarlıq 30 sentnerdən çox olmalıdır. 2011-ci ildə 1 ha-dan məhsuldarlıq 16 sentner olub.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Rövşən Əliyev Turan-a bildirib ki, bu il 50 min ton pambıq istehsal ediləcək. Demək, məhsuldarlıq 2011-ci ildəkindən çox olacaq. Nə qədər məhsul yığılacağı hava şəraitindən asılıdır, deyə o bildirib.
Ötən il 42,8 min ha sahədə pambıq əkilib. Bu il bir çox fermerlər pambıq yetişdirməkdən imtina edib və sahələr 29,1 min ha olub. 2011-ci ildə pambıqçılar 66,4 min ton pambıq yığıb. Bu, 2010-cu ildəkindən 73,8% çoxdur.
Azərbaycanda pambıqçılıq 3 şirkətin nəzarətindədir: “MKT İstehsalat & Kommersiya” (14 zavod), “CTS Aqro” (5) və “Jecot” (3). 2011-ci ildən pambıqçılıq bazarına daha bir şirkət – “Shamo” MMC daxil olub. O, 2 min ha sahədə pambıq əkib və özünün Saatlıda pambıqtəmizləmə zavodu var. Amma fermerlərdən pambığın alınması qiymətində onların dilbirliyi var. KTN-in məlumatına görə, bu gün dünya bazarında pambıq lifinin tonunun qiyməti $1600-dır. 08B
Rəy yaz