Məşğulluğu artırıb aztəminatlıların ünvanlı sosial yardımını azaltmalı
Ünvanlı sosial yardım iqtisadi cəhətdən faydasızdır (indiyəcən dövlət büdcəsindən 1 mlrd manat ayrılıb), fəallıq və təşəbbüsə mane olur, - deyə İqtisadi Tədqiqatlar Mərkəzində düşünürlər. İTM İH sədri Qalib Toğrulun fikrincə, bu günlərdə başlayan «Özünədəstək – sosial yardımın monitorinqi və aztəminatlı ailələrin məşğulluğa çıxışının yaxşılaşdırılması» layihəsi belə düşünməyə əsas verir. Vətəndaşların ehtiyacını ödəmək üçün Bakının Nizami rayonu və Xaçmaz seçilib.
7 ildə yardımım artması vətəndaşların varlanmasını səbəb olmur, 117 manat fizioloji mövcudluğa dəstək verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cəlilabad, Balakən, Masallı, ismayıllı, Tovuzda, eləcə də Bakının Nizami rayonunda özünədəstək pilot layihəsi işləyib. 2012-ci ilin sonuna kimi işlə (əsasən sənətkarlıq) 13 rayondan 271 ailə təmin edilib. Bu isə ideyanın zəif həyata keçdiyini göstərir.
Qalib Toğrul hesab edir ki, məşğuluq təbliğatı genişləndirilməlidir.
Bu günlərdə prezident Əliyev bildirib ki, kasıblıq səviyyəsi 6%-dir, 123 min ailə ünvanlı sosial yardım alır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz