ajanshaber.com.tr
Türkiyənin tanınmış strategiya mütəxəssisi: ”Türkiyə NATO üçün daha əhəmiyyətli ölkə durumundadır”
Turan: Türkiyənin NATO-ya üzv olmasından 70 il keçir. Üçüncü prezident Cəlal Bayarın xatirələrindən öyrənirik ki, Türkiyə 1949-cu ildən NATO-ya üzv olmağa çalışsa da üç il sonra üzv ola bilib. Sizcə, təşkilata üzvlük məsələsi niyə 3 il gecikib?
Çitlioğlu: İlk dönəmlərdə Türkiyənin NATO-ya üzv olmasına başda ABŞ olmaqla, üzv ölkələr müsbət yanaşmamışdılar. Çünki Türkiyənin üzv olması halında həm NATO ilə SSRİ sərhəd qonşusu halına gələcək və buradan əlavə gərginlik yaranacaqdı. Digər tərəfdən, Qərb ölkələri əhalisinin böyük çoxluğu müsəlman olan bir ölkənin NATO-ya üzv olmasını tərəddüdlə qarşılayırdı. İkinci dünya müharibəsinin başa çatmasından sonra SSRİ Türkiyədən İstanbul və Çanakkale boğazıyla yanaşı, Kars və Ardahandan ərazi tələb edirdi. Türkiyə Koreya müharibəsində ABŞ-ın tərəfində iştirak edəndən sonra NATO-nun təhlükəsizlik çətirinin altına girmə tələbi qəbul edildi. Demək ki, artıq Qərbin tərəddüdləri də aradan qalxmışdı.
Turan: Bu günə qədər müzakirə edilən məsələlərdən biri də “NATO Türkiyəyə nə verdi, nə vermədi?”- sualıdır. Bu məsələylə bağlı uzun illərin mütəxəssisi kimi sizin fikrinizi öyrənmək istəyirik.
Ercan Çitlioğu və Mayis Əlizadə
Çitlioğlu: Bilindiyi kimi, NATO cənub-şərq cinahında Türkiyə ilə Yunanıstan uzun illər SSRİ-nin ekspansionist siyasətinin qabaında baryer funksiyasını yerinə yetirib. SSCB-nin dağılması və soyuq müharibənin başa çatmasından sonra bu baryerə ehtiyac olmaması Türkiyənin mövqeyini zəiflətmişdi. Ancaq son illərdə cərəyan edən hadisələrə Türkiyənin önəmi yenidən yüksəlmişdir. NATO ölkələri arasında Avropada ən böyük orduya sahib olmasına görə Türkiyə öz çəkisini qorusa da ABŞ ilə münasibətlərdə meydana çıxan problemlər silahlı qüvvələrin müasirləşməsi və xüsusilə, hava hücumundan müdafiə sistemləri məsələsində lazımi dəstəyin verilməməsinə və bəzi sahələrdə əməkdaşlığın dayanmasına səbəb olmuşdur. Halbuki hər ittifaqda və imzalanmış sazişlərdə tərəflərin qarşılıqlı şəkildə güzəştlərə getməsi lazımdır, bunu şərtlər tələb edir. Ancaq Türkiyənin NATO-ya verdiyi fayda NATO-dan gördüyü faydadan daha çoxdur. Dördüncü ordudan başqa Türk silahlı qüvvələrinin bütün hərbi hissələrinin NATO prinsipləri çərçivəsində formalaşması milli planlaşdırmalar məsələsində bəzi vaxtlarda problemlər yaratmış, NATO tərəfindən verilən silahlardan terrorla mübarizədə istifadə edilməsi çox vaxt anlaşmazlıqlara səbəb olmuşdur.
Turan: Soyuq müharibə dövründə Türkiyənin NATO-ya üzv olmasının faydaları barədə nə demək istərdiniz?
Çitlioğlu: Nizamnamənin V maddəsinə görə, SSRİ-nin Türkiyəyə qarşı təhdidlərinin tormozlanmasında Türkiyənin NATO-ya üzvlüyünün faydası olmuşdur. Kollektiv müdafiə sazişinin içində olması o vaxtlar SSRİ`nin Türkiyəyə qarşı daha mülayim davranmağa məcbur etmişdir.
Turan: Soyuq müharibədən sonra Türkiyənin NATO-dakı mövqeyinin gücləndiyini deməliyik yoxsa. . ?
Çitlioğlu: NATO-nun strategiya sənədlərinə və genişlənmə planlarına baxanda, xüsusilə, Varşava Paktının tarixə q qarışmasından sonra Avropanın özünü daha təhlükəsiz atmosferdə Türkiyənin əvvəlki qədər əhəmiyyətli bir ölkə olmadığına dair müzakirələr başlamışdı. Ancaq Orta Şərqdə cərəyan edən prosesləe, enerji mənbələri və enerjinin nəqli yolları üzərində Türkiyənin coğrafi mövqeyi, İran və İraqda baş verən hadisələr, Orta Asiyanın əhəmiyyətinin artması, Balkan coğrafiyasında Türkiyənin sahib olduğu tarixi və mədəni əlaqələr Türkiyənin NATO üçün vazkeçilməz bir ölkə olduğunu bir daha göstərdi.
Turan: Xüsusilə, son 6-7 ildə AKP hökumətinin NATO ilə yaşadığı anlaşmazlıqlarda Türkiyənin hər hansı qazancı oldumu?
Çitlioğlu: Qazanc yerinə itkilər oldu. Xüsusilə, S-400 raketlərinin alınması prosesində başlayan və nəticələri etibarıyla indi də davam edən gərginlik və məhdudlaşdırmaların, Türkiyənin hərbi aviasiya gücünün təsirli olması baxımından çox mühüm olan F-35 layihəsindən çıxarılması, F-16-ların müasirləşdirilməsi üçün lazımi hissələrin satışına icazə verilməməsi Türk silahlı qüvvələrinin əməliyyat gücünün və ölkənin müdafiə imkanlarının üzərində mənfi təsirindən danışmaq mümkündür. Ancaq bu məhdudlaşdırmaların Türkiyənin öz müdafiə imkanlarını genişlənədirməsinə də faydalı olduğunu qeyd etməyimiz lazımdır.
Burada kimin haqlı və ya kimin haqsız olmasına dair mübahisələr yaratmaq yerinə vəziyyəti təsvir etməyin daha doğru olduğunu düşünürəm.
Turan: 25-27 may tarixlərində İstanbulda Türkiyənin NATO-ya üzvlüyünün 70 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. Mühüm ildönümü, mühüm vaxtda keçirilir. Konfransla bağlı nələr demək istərdiniz?
Çitlioğlu: Bəzi ölkələrin tarixinin belə yetmiş il olmadığını düşünəndə Türkiyənin NATO-ya üzvlüyünün yetmiş ilə çatması qarşılıqlı öhdəliklərə bağlılıqdan xəbər verir. Bu gün tez-tez ittifaqlar qurulur və tez dağılır, ona görə bir ittifaqa yetmiş il üzv olmaq çox mühüm məsələdir. 25-27 may tarixlərində İstanbulda 39 ölkədən məruzəçinin iştirak edəcəyi konfrans keçirəcəyik. Orada Türkiyənin NATO-ya üzvlüyünün yetmiş illiyi ilə yanaşı regional və qlobal problemlər müzakirə ediləcək. Bu ilki konfransımızda aralarında problem olan ölkələrin nümayəndələrini görüşdürəcəyik. Məsələn, İsrailin və İranın, Azərbaycanın və Ermənistanın, Türkiyə və ŞKTC-nin və Yunanıstanın, Rusiyanın və ABŞ və Böyük Britaniyanın və həmçinin, Türkiyənin və Misirin nümayəndələri eyni salonda müzakirələrdə iştirak edəcəklər. Bizim məqsədimiz davam etdirilə bilən sülhə və qarşılıqlı anlaşmaya nail olmaqdır.
Rəy yaz