Müsavat Avropadan göstəriş alır? – İsa Qəmbər saat 16:00-da Çətin sualda
Hökumətyönlü mediada Avropa İttifaqının Bakı nümayəndəliyinin rəsmisi Piter Mixalkoya və bir sıra diplomatik korpuslara qarşı ittihamlar səsləndirilib.
Avropa İttifaqının rəsmisi müxalifətə göstəriş və tapşırıq verməkdə ittiham olunur.
Bildirilir ki, Piter Mixalko avqustun 12-də Musavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Məclis sədri Arif Hacılı və AXCP sədri Əli Kərimli ilə görüşüb, onları ölkədə siyasi vəziyyəti gərginləşdirməyə çağırıb.
Yazıda qeyd olunur ki, Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyini qınayıb, həmçinin yaranmış durumla bağlı Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin ciddi narazılığını müxalifət təmsilçilərinə çatdırıb. Yazıdakı iddialara görə, guya hətta Mixalko maliyyələşmənin davam etdirilməsi üçün müxalifətə tələblərini də səsləndirib. Görüşdə Fransa və Niderlandın səfirlərinin xüsusi fəallıq göstərərək müxalifətin canlandırılması üçün tədbirlərinin gücləndirməyi tələb etdikləri də iddia olunub.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi yazılanları təkzib edib:
“Həmin görüşlərin formatı və məzmunu ilə bağlı bu iddialar tamamilə yalandır və reallığa uyğun gəlmir”.
Müsavat Partiyasının Məclis sədri Arif Hacılı yazını yayımlayan media barəsində məhkəmə iddiası qaldıracaqlarını bildirib.
Mövzu ilə bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbər Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
- Social
- 16 August 2024 14:46
Difficult question
-
The Russian Navy conducted exercises aimed at preparing to strike targets in Europe with missiles capable of carrying nuclear warheads in the event of a potential conflict with NATO. This was reported by the Financial Times.
-
A recent report by the Israeli public broadcasting corporation Kan, claiming that the IDF (Israel Defense Forces) has prohibited its soldiers from staying in Azerbaijan and Georgia due to potential threats from Iran, has caused confusion both in Israel and the mentioned countries.
-
A criminal case has been initiated against the chairman of the Azerbaijan Popular Front Party (APFP), Ali Karimli, as part of a private criminal prosecution. Huseyn Abdullayev, a former deputy who is imprisoned, suffered a heart attack.
-
In a notable shift in the ongoing negotiations between Armenia and Azerbaijan, the Zangezur Corridor has been excluded from the peace agreement, raising questions about future control over this critical transport route. On August 7, Armenian Foreign Ministry spokesperson Ani Badalyan confirmed Baku's announcement that the clause concerning regional communications was mutually removed from the draft peace agreement. Despite this exclusion, Badalyan emphasized that the opening of new routes remains a key component of Armenia’s strategy for ensuring peace and fostering economic development in the region.
Leave a review